Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib.
BakuPress.az xəbər verir ki, bu, Vüqar Əliyevdir.
O, bundan əvvəl “PricewaterhouseCoopers” və "KPMG" beynəlxalq audit şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Bu təyinatla AMB-də sədrin müşavirlərinin sayı 2-yə çatıb.