Türkiyədə seçkilərdən sonra formalaşmış 28-ci çağırış parlamentlə bağlı maraqlı statistik məlumatlar açıqlanıb.
BakuPress.az "TRT Haber"ə istinadən xəbər verir ki, seçilmiş 600 deputatdan 335-i ilk dəfə parlamentə düşənlərdir.
27-ci çağırışda yer almayan, lakin daha əvvəllər deputat olmuş 46 namizəd də seçilib. Bununla da 381 yeni deputatlarla qanunverici orqanın tərkibi 63.49 faiz dəyişilib.
Belə ki, ilk dəfə seçilən 335 millət vəkilindən 148-i AKP, 90-ı CHP, 47-si YSP, 27-si İYİ, 18-i MHP, 4-ü YRP, 1-İ isə TİP-i təmsil edir.
27-ci çağırışda deputat olmuş 219 parlamentari də yenidən mandat qazanıb.