Fotosu yayılan dəmir yolu ilə bağlı - Açıqlama

Sosial şəbəkələrdə dəmir yolu xəttinin üzərində tikilinin olduğunu əks etdirən foto yayılıb. 

Xəbər verilir ki, paylaşımın şərh hissəsində bu dəmir yolunun Gəncədə yerləşdiyi iddia edilib. 

Məsələyə Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi şöbəsinin rəisi Sənubər Nəzərova reaksiya verib. O, həmin paylaşıma şərh yazaraq bildirib ki, qurumun infrastrukturunda, istismar olunan dəmir yolu xətlərində belə yol mövcud deyil: "Çox güman ki, bu, istismar müddəti bitmiş dalan yoludur. Dalan yolu - əsas dəmiryol xətləri ilə birləşən, ayrı-ayrı təşkilatlara, müəssisələrə və ya idarələrə xidmət üçün nəzərdə tutulan dəmir yol xətlərinə deyilir.

Azərbaycan Dəmir Yollarının balansında olmayan dalan yollarının saxlanışına, mühafizəsinə, habelə ətraf mühitin təsirlərindən qorunmasına, həmin dalan dəmir yolu üzərində sahiblik və istifadə hüququ olan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyır".

0.082127809524536