Müğənni Nura Suri sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub.
Xəbər verilir ki, ifaçı Türkiyədə prezidentliyə namizəd olan Sinan Oğana evlilik təklifi edib.
"Sinan çox yaraşıqlıdır. Sinan Oğan, mənimlə evlən" deyə, Nura paylaşımında yazıb. Onun bu fikirləri sosial şəbəkədə tənqid edilib. Nuranın onlara cavabı gecikməyib.
"Kişilər Ancelina Colini, Monikanı falan paylaşıb bəyəndiyini deyəndə problem olmur, qadınlar hansısa kişini bəyəndiyini deyəndə problem olur?
Bu, nə ədalətsizlikdir ki, belə?" deyə, sənətçi əlavə edib.