Ermənistana göndərilən tonlarla narkotik ələ keçirildi

İtaliya polisi Ermənistana göndərilən iki konteynerdə 2,7 ton narkotik müsadirə edib.

 

BakuPress.az xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində İtaliyanın cənubundakı Kalabriya regionunun Gioia Tauro limanında xüsusi əməliyyat keçirilib.

 

Beynəlxalq narkotik ticarəti ilə mübarizəyə yönəlmiş əməliyyatda Ekvadordan yola salınan və Gürcüstan Batumi limanı vasitəsilə Ermənistana çatdırılması nəzərdə tutulan iki konteynerdə axtarış aparılıb. Nəticədə 12 metrlik soyuducu kameradakı 78 ton banan yükünün içərisində gizlədilmiş ümumilikdə 2734 kiloqram xalis kokain aşkarlanıb.

 

Otuzdan çox ixtisaslaşmış polisin cəlb olunduğu əməliyyatda Cənubi Amerikadan Qara dənizə uzanan narkotik ticarəti şəbəkəsinə zərbə vurulduğu, müsadirə edilən narkotik vasitənin dəyərinin 800 milyon avrodan çox olduğu bildirilir.

0.036164999008179