Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclas keçirilib.
BakuPress.az xəbər verir ki, iclasda 228 xarici nümayəndə iştirak edib.
Xüsusi iclasa 30-a yaxın xarici ölkənin parlamentinin, o cümlədən Ərəb Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk PA və Parlamentlərarası İttifaqın nümayəndə heyətlərinin üzvləri qatılıb.
12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iclasda iştirak edib.
***
11:00
Milli Məclisin xüsusi iclası başlayıb.
BakuPress.az xəbər verir ki, iclas Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunur.
Toplantıda 26 ölkənin parlament nümayəndələri və 4 beynəlxalq parlament təşkilatnın təmsilçiləri iştirak edir.
Qeyd edək ki, xarici ölkələrinin parlament nümayəndə heyətləri iclasdan əvvəl Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.