Maliyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətində aprel ayında başlatdığı 1 aylıq yoxlamaların vaxtını əlavə bir ay da uzadıb.
Bu barədə Maliyyə Nazirliyindəki etibarlı mənbədən məlumat daxil olub.
Bildirilib ki, Hidrometeorologiya Xidmətində ciddi yoxlamalar aparılır. Yoxlamaların xidmətin regional mərkəzlərində də aparılacağı gözlənilir.