Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə bağlı keçiriləcək tədbirlərinTəqvim planına uyğun olaraq Laçın Rayon İcra Hakimiyyətinin dəstəyi və Şərqi Zəngəzur Təhsil İdarəsinin Laçın rayonu üzrə sektorunun təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilir. Təqvim planının 7-ci bəndinə əsasən Laçın rayon ümumtəhsil məktəblərində məktəblilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş fləşmoblar keçirilir. Məktəlilərin böyük sevgi ilə hazırladığı fləşbomlar keçirilən tədbirlər arasında xüsusilə yadda qalan tədbirlərdən biri olmuşdur.
Laçın rayon təhsil müəsissələrində şagirdlərin və pedoqoji kollektivin Ulu öndər Heydər Əliyevə sonsuz sevgi və məhəbbətlə təşkil etdikləri fləşbomlar izləyicilər arasında xoş təəssürat yaratmışdır.