Seçki günü 321 insident qeydə alınıb - RƏSMİ

Türkiyədə 14 mayda - seçki günü qeydə alınan insidentlərin sayı açıqlanıb.

 

Bakupress.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə DİN məlumat yayıb.

 

Bildirilib ki, seçki günü 321 insident baş verib. Həmçinin vurğulanıb ki, Türkiyədəki seçkilər ümumilikdə sakit ab-havada baş tutub.

 

Qeyd edək ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün prezident seçkiləri ikinci tura qalıb.

Bu xəbər ilə bağlı
Prezidentliyə namizədlərin ailələri, övladları - NADİR
0.073816061019897