Naxçıvanda deputatların maaşı ARTIRILDI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları artırılıb.

 

Bakupress.az xəbər verir ki, bu məsələ "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

 

Belə ki, əvvəllər deputatlara 25 faiz vergisiz cari xərclər ödənilirdisə, artıq o xərclər ləğv olunub və vergilər də daxil olmaqla, deputatların maaşı 950 manat müəyyən edilib.

 

Qeyd edək ki, indiyədək Naxçıvanda deputatların maaşı 750 manat olub.

0.1354968547821