Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Onursal Adıgüzel istefa verib.
BakuPress.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində paylaşım edib.
"İctimai rəydə əmələ gələn qənaətə görə seçki axşamı sistemlərimizin işləməsinə və heç bir texniki nasazlıq yaşanmamasına baxmayaraq sədrimiz cənab Kemal Kılıçdaroğlunun seçki prosesinə zərər verməmək üçün 2018-ci ildən bəri davam etdirdiyim vəzifəmdən ayrılıram", - deyə o yazıb.
Qeyd edək ki, O.Adıgüzel partiyanın seçki nəticələrinin yükləndiyi elektron informasiya bazası üzrə cavabdeh şəxs olub. Türkiyədəki seçkilərdə heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün prezident seçkiləri ikinci tura qalıb.