Baxçalı Türkiyə parlamentinə sədrlik edəcək

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının müvəqqəti sədrliyi ilə Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış Baş Assambleyasının ilk iclasının keçiriləcəyi gözlənilir.

 

Bakupress.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, mayın 14-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Türkiyə Böyük Millət Məclisinə yaşı 30-dan aşağı olan 5 deputat daxil olub.

 

Yeni çağırış Türkiyə parlamentinin ən gənc deputatı Ədalət və İnkişaf Partiyasının Ankaradan olan deputatı 25 yaşlı Zehranur Aydemir olub.

 

Osmaniyedən olan millət vəkili Baxçalının TBMM-in müvəqqəti sədri olacağı gözlənilir. O, parlamentin ən yaşlı üzvüdür.

 

İlkin nəticələrə əsasən, Türkiyə parlamentində 479 kişi və 121 qadın deputat mandatı alıb.

 

Ədalət və İnkişaf Partiyası parlamentdə 30 qadın, Milliyyətçi Hərəkat Partiyası 4, İYİ partiyası 6, Yaşıl Sol Partiyası 30, Türkiyə İşçi Partiyası 1 qadınla təmsil olunacaq.

0.049454927444458