Mayın 16-17-də Avropa Şurasına üzv olan 46 ölkənin dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək.
BakuPress.az -ın əldə etdiyi məlumata görə, zirvə toplantısında Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.
Tədbir İslandiyanın paytaxtı Reykyavik şəhərində baş tutacaq. Məlumata görə, bu, Avropa Şurasının yaradılmasından sonra keçiriləcək 4-cü zirvə görüşüdür.
Məlumata görə, toplantıda əsasən Ukraynadakı müharibə müzakirə olunacaq. Bundan əlavə, ətraf mühit və süni intellekt daxil olmaqla, demokratiya və insan hüquqları problemlərinin həlli üçün təşəbbüslərin gücləndiriləcəyi gözlənilir.
Qeyd edək ki, iclasın sonunda İslandiya Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Latviyaya təhvil verəcək.