Türkiyədə prezident seçkiləri ikinci tura qalıb.
BakuPress.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) rəhbəri Ahmet Yener məlumat verib.
Onun sözlərinə görə, heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün yekun nəticələr 28 mayda baş tutacaq ikinci turda bəlli olacaq.
Qeyd edək ki, dünən Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib.