Ukraynada oktyabr ayında baş tutmalı olan parlament seçkiləri ləğv edilə bilər.
Bakupress.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Washington Post”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, parlament seçkiləri yalnız hərbi vəziyyət ləğv edilərsə, keçirilə bilər.
“Əgər bizdə hərbi vəziyyət olsa, seçki keçirə bilməyəcəyik. Konstitusiya hərbi vəziyyət zamanı hər hansı seçkiləri qadağan edir. Hərbi vəziyyət yoxdursa, deməli olacaq. Qanunda deyilir ki, Ukrayna konstitusiyasına görə, hərbi vəziyyət başa çatdıqdan sonra, məncə, 90 gündən sonra seçkilər keçirilir. Belə bir şey. Dəqiq xatırlamıram”, - deyə Zelenski bildirib.
Ukraynada hərbi vəziyyət 2022-ci il fevralın 24-də tətbiq edilib. Sonuncu dəfə bu il mayın 2-də 90 gün uzadılıb. Ölkədə əvvəlki parlament seçkiləri 2019-cu ilin iyulunda keçirilib.