Seçkilərdə mənfi hal qeydə alınmayıb - YSK sədri

Bu gün Türkiyədə keçirilən prezident və parlament seçkilərində mənfi hal qeydə alınmayıb.

 

Bakupress.az xəbər verir ki, bunu Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener səsvermə başa çatandan sonra deyib.

 

"Seçkilərdə nəticələrə mənfi təsir edə biləcək hər hansı hal yaşanmayıb", - deyə YSK sədri bildirib.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

0.034718990325928