Ərdoğan və Kılıçdaroğlu səs verdilər - FOTOLAR

Türkiyədə prezidentliyə namizədlər səsvermə prosesində iştirak ediblər.

 

Bakupress.az xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbulda Saffet Çebi adına məktəbdə səs verib.

 

Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan da səsvermə prosesinə qatılıblar. Kılıçdaroğlunu Ankarada seçki məntəqəsində həyat yoldaşı Selvi Kılıçdaroğlu müşayiət edib.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

 

0.042773008346558