Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb.
Bakupress.az xəbər verir ki, görüş Aİ-nin mənzil-qərargahında keçirilir.
***
10:46
Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında görüş olacaq.
Bakupress.az xəbər verir ki, ikitərəfli görüşün Bakı vaxtı ilə saat 11:00-da başlaması gözlənilir.
Saat 15:00-da isə Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Şarl Mişel arasında üçtərəfli görüşə start veriləcək.