Türkiyədə məntəqə sədrləri seçki andı içdi

Türkiyədə prezident və 28-ci çağırış parlament seçkilərində məntəqə sədri olacaq vəzifəlilər and içib.

 

Bakupress.az “TRT Haber”ə istinadən xəbər verir ki, seçkilərdə iştirak edəcək məntəqə sədrləri, məsul şəxslər və partiya müşahidəçiləri bu gün səhər tezdən çalışacaqları məntəqələrə gediblər.

 

Səsvermə prosesinə başlamazdan əvvəl məmurlar məntəqə sədrlərinin dediklərini təkrarlayaraq and içiblər.

 

Seçki məntəqələrindəki vəzifəli şəxslərin andı belədir:

 

“Şərəf, vicdan və bütün müqəddəslərimə and içirəm ki, seçkilərin nəticələrinin heç bir təsir altında olmadan, heç kimdən qorxmadan tam və dəqiq müəyyən edilməsi üçün qanuna uyğun olaraq vəzifəmi yerinə yetirəcəyəm”.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri keçirilir.

0.038474798202515