Türkiyədə sabah keçiriləcək seçkilərdə təbliğat kampaniyası bu gün yerli vaxtla saat 18:00-da dayandırılıb.
Bakupress.az xəbər verir ki, prezidentliyə namizədlər və siyasi partiya nümayəndələri son çıxışlarını TRT telekanalları və radioları ilə ediblər.
Parlament seçkilərinə qatılan 24 partiyanın təmsilçiləri saat 12:53-dən etibarən püşklə müəyyənləşən sıra ilə vədlərini seçicilərə çatdırıb.
Xatırladaq ki, Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində 60 milyon 697 min 843 seçici səs verəcək.