«Koroğlu» MMC-dəkilərin KEÇƏL HƏMZƏLİYİ - SENSASİON İTTİHAM

Samir Sərxan oğlu Abbasovun 2014-cü ilin 14 avqust tarixində işlədiyi «Koroğlu» MMC-dən əmtəə məhsulunu ekspeditel- çatdırıcı olaraq çalışaraq Mingəçevirə yol vərəqəsiylə yollanan qardaşı Sahil Sərxan oğlu Abbasov faciəvi şəkildə digər iş yoldaşı Quliyev Faiqlə birgə avtoqəza nəticəsində həlak olmuşdur. BakuPress.Az xəbər verir ki, Bu barədə «Təzadlar» araşdırma yazı dərc etmişdir. 

Qeyd edək ki, mərhumun qardaşı olan və söz açdığım şikayətçi də məhz bu müəssisədə çalışırmış. O, mərhum qardaşının ölümü ilə bağlı müvafiq kompensasiyanı ödəməkdən boyun qaçıran şirkətdən şikayətçidir. Şirkət rəhbərliyi isə görün hansı şokedici şəratma hərəkətlərinə yol verib?

Deməli, işdə qəza zamanı dünyasını dəyişməyə görə veriləcək yüksəkməbləğli kompensasiyanı tələb edən mərhum işçinin burada çalışan qardaşı Samir Abbasova "məkrli plan" qurulur. Qardaşının ölümündən sonra səhhətində ciddi problem yaşayan Samir müalicə məqsədilə ölkə daxilində müalicə almaq üçün tibbi məzuniyyətə çıxır. Müayinə və müalicə məqsədilə həmin aralıqda Rusiya Federasiyasındakı təkmilləşdirilmiş müalicə mərkəzinə yola düşmək qərarına gəlir… 

Bakıdakı şər-şəbədənin Rusiyaya gedən izi… 

Rusiyada olarkən Samirin istifadəsində olan mobil telefon nömrəsinə Sabunçu rayon Məhkəməsindən bildiriş gəlir. Məlum olur ki, «Koroğlu» MMC-dən maliyyə pozuntularına yol vermə barədə barəsində şikayət edilmişdir. Samir dərhal geri dönüş zəngi edərək bunu dəqiqləşdirir və bir daha ona bildirilir ki, bəli, «…Samir bəy, sizin barənizdə mənimsəmə faktıyla bağlı məhkəməyə şikayət daxil olub, təcili olaraq gəlməniz xahiş olunur». 

Bunu eşidəndə şoka düşən Samir, geriyə qayıdanda Bakıda iddia ərizəsiylə yaxından tanış olur. Şikayət ərizəsində yazılanlar onu dəhşətə gətirir. Məlum olur ki, Rusiyada olduğu vaxtda saxta sənədlər tərtib olunub ki, guya o, mənimsəməyə yol verib, həmin saxta sənədlər də sübut kimi məhkəməyə təqdim olunub. 

Saxtakarların iç üzü…

Samir Abbasov dərhal qarşılığlı iddia ərizəsi etməsi üçün qeydiyyatda olduğu Mingəçevir şəhər Prokurorluğuna müraciət edir. Buradan Samirin Rusiyada olduğu vaxt pasport sənədində giriş-çıxış qeydlər bölməsinə nəzər yetirilir. Elə şərin quyruğu bu əaman ortaya çıxır. Bəlli olur ki, müəssisə rəhbərliyinin iddia ərizəsinə əlavə olunmuş sənədlər və ərizədəki «yeyinti fak»larının" baş verdiyi tarix saxtalaşdırılıb.

Və belə çıxırdı ki, o, maliyyə pozuntusunu Moskvada olarkən edib! Və Samirin imzasına baxıb araşdırma aparan prokurorluğun müstəntiqi aşkar edir ki, «Koroğlu» MMC-nin rəhbərliyi başqasının yerinə imza atılmaqla Azərbaycan CM-nin 313-cü və 147-ci maddələrinin (böhtan atma) sanksiyasına uyğun cinayət əməlinə yol verib. 

Beləliklə, müvafiq qaydada məhkəməyə müraciət edilir… Keçirilən məhkəmə prosesində isə hakim prokurorluğun Samir Abbasova verilən arayış-bildirişini, eləcə də onun Rusiyada olduğu vaxtlarda onun yerinə imza atmanın şər olduğunu müəssisə rəhbərliyinə bildirərək imza nümunələrinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərmə barədə qərar qəbul edir… 

«Koroğlu»nun «Keçəl Həmzə»lik edənləri…

Ekspert də tam olaraq bu iddia ərizəsinə əlavə edilmiş maliyyə sənədlərindəki mənimsəmə ilə əlaqəli imzaların Samirə aid olmadığı barədə müvafiq rəy verir. Beləliklə, ifşa olunduğundan bərk narahatçılıq keçirən «Koroğlu» MMC rəhbərliyi dərhal məhkəməyə Samir Abbasov barəsində etdiyi şikayətin məhkəmə icrasını dayandırma barədə ərizə təqdim edir…

Məhkəmə də vu ərizə-vəsatəti təmin edir. Amma və lakin! Təbii ki, Samir Abbasov müəssisənin rəhbəri Tahir Əliyevin bu şəratmasını cavabsız qoymaq fikrində deyil… 

(Davamı var) 

0.084641933441162