Bir müddət öncə BakuPress.az saytı və YouTube kanalımızda I qrup əlil Emin Əhmədovun valideyninin prezidenə və Vilayət Eyvazov cənablarına videomüraciətini sizlərə təqdim etmişdik. Bir həftə öncə Lənkəran Ağır Cinayətlər məhkəməsində keçirilən məhkəmə iclası yekunlaşıb.Məlumat üçün qeyd edək ki, 29 may 2022-ci il tarixində I qrup əlil Emin Əhədov, həmyerlisi Spartak Nadirov və Azər Nadirov tərəfindən vəhşicəsinə döyülərək qolunun bazu sümüyü sındırılıb və əlil ağır xəsarət alıb. Sonradan Spartak Nadirov cinayəti təkbaşına öz üzərinə götürərək Azər Nadirovu cinayətdən yayındırıb. 1 ildir davam edən məhkəmə prosesi 28 apreldə yekunlaşıb və sözügedən şəxs üç il yarım azadlıqdan məhrum etmə cəzasına çatdırılıb.
P.S Spartak Nadirov çox yerə daş atırdı.Hətta haqqı yazan media nümayəndələrinə saxta profillərlə şər böhtan dolu yazılar dərc etdirirdi.Haqq nazilər üzülməz!
Videomüraciəti bir daha sizə təqdim edirik: