Quru sərhədlərin bağlı qalması yenidən AZAL-da uçuş qiymətlərin bahalığını aktuallaşdırsa da, "yuxarıda" oturanlarımız heç də sosial sifarişə çevrilən ucuzlaşmanı ağıllarının ucundan belə keçirmirlər...
Hər halda görünəni budur və aydın olanı belədir ki, hələ də AZAL-da uçuş qiymətlərinin Cahangir Əsgərov standartları Azərbaycan xalqının rəsmi qarəti formasında müşahidə olunmaqdadır...
BakuPress.Az bildirir ki, bu da faktiki və əsaslı olaraq ölkədə sosial narazılığı körükləyən məqamlardan biri kimi dəyərləndirilməkdədir. Yəni AZAL-ın baha qiymətləri də bir səbəbdir ki, ölkə insanları daha da çətin şəraitdə yaşasınlar.
Bu bayram günlərində isə AZAL-ın da digər normal şirkətlər kimi endirim kampaniyası etdiyi, ucuzulaşma həyata keçirdiyi iddia olundu. Amma ümidlənmək boşuna imiş...
Azərbaycan Hava Yollarının (AZAL) elan etdiyi endirim kampaniyasına etiraz edən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı "dediyiniz endirim budurmu?" deyərək fikrinə belə davam edir:
"Azərbaycan Hava Yolları (AZAL) QSC elan etdi ki, Ramazan bayramı münasibətilə aviaşirkətin ən məşhur istiqamətlərinə aviabiletlərə 25% güzəşt təqdim edir. Endirimli aviabiletləri 21-24 aprel tarixləri aralığında əldə etmək mümkündür.
Təklif aviaşirkətin bir sıra marşrutu üzrə 2023-cü il 3-31 may daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-dönüş aviabiletlərinə şamil olunur.
Nəvələrim 22.04 və 23.04 tarixlərində 5.05-19.05(Praqa-Bakı -Praqa) 600 $ və 5.05 tarixi üçün (Praqa-Bakı) 300$ bilet aldılar".
Məsələ diqqətimizdədir (DİA.AZ)