Cavabdeh qurumlara müraciət-"SN TV" adlı səhifə kimlər idarə edir?

Son zamanlar gündəmi zəbt edən məsələlərdən biri də sosial şəbəkələrdə saxta profillərdən təhqir və böhtan atanların məsuliyyətə cəlb edilməsi barədəki təkliflərdir. Saxta profillərdən istifadə edənlərin cəzalandırılması hamı üçün maraqlıdır. Ancaq bir məqam qaranlıq qalır. Saxta profillərdən təhqir edənlərlə necə mübarizə aparılacaq? 

Son günlər SN TV adlı səhifədə Masallıdan olan nüfuzlu şəxslərə şər böhtan dolu yazılar və insanların şəkilləri qoyularaq təhqir edirlər.

Bundan əlavə saxta facebook və instaqram səhifələri açaraq Masallı və respubıikada kifayət qədər hörmət ,nüfuz qazanmış adamları təhqir edirlər. Həmin səhifələrdən qeyd etdiyimiz kimi biridə SN TV adlı səhifənin mövcud qanunvericiliyin bütün tələblərini ən kobud şəkildə pozaraq, tanınmış şəxsləri və onların ailə üzvlərini təhqir edilir. 

 

Deyilənə görə həmin səhifə Spartak Nadirova məxsusdur. Spartak Nadirovun özü isə deyilənləri əsassız adlandıraraq, sözügedən səhifə ilə hər hansı əlaqəsinin olmadığını deyir. Ancaq bir iş adamı SN TV-nin Spartak Nadirovun olmasına dair onda mötəbər sübutların olduğunu bildirir.

Belə olduğu halda səhfənin dəqiq kimə məxsus olmağını dövlət qurumları araşdırması mütləqdir.Çünki sapı özümüzdən olan"baltalar"düşmənləri bizə güldürürlər.

“Kiber cinayətkarlıqla bağlı konvensiyanın tələblərinə uyğun  olaraq, Azərbaycanın müvafiq qurumları beynəlxalq təşkilatlarla birlikdə işləməlidir. Bununla bağlı Azərbaycan İnternet Forumunun da ilkin rəyi ondan ibarətdir ki, doğrudan da belə bir problem var, kimlərinsə saxta profillər vasitəsi ilə təhqir etməsi yolverilməzdir. Bununla belə, biz narahatıq ki, bu qanunun icrası mexanizmi ilə bağlı tutarı yoxdur. Müəyyən dövlət qurumları var ki, buna cavabdehdir. Amma bu qurumun nümayəndələrində qanunun necə icra olunması ilə bağlı yetkin bir təsəvvür yoxdur. Ona görə hesab edirik ki, bu qanunun icrası ilə bağlı rəsmi qurumlar açıqlama verməldirlər. Əks halda, ehtiyatlanırıq ki, bundan sui-istifadə oluna bilər. Kimlərsə bu cür aydın, yetkin icra mexanizmi olmayan qanundan başqa məqsədlər üçün istifadə edə bilər. Bu Azərbaycan internetinin inkişafını əngəlləyə bilər, fundamental insan hüquqlarının pozulamasına da gətirib çıxara bilər. İndiki durumda bu cür açıqlama verilməsi vacibdir ki, qanunun icra mexanizmi necə olacaq, hansı addımlardan istifadə ediləcək.

0.040117025375366