Sumqayıtın icra başçısı Zakir Fərəcovun yarıtmaz idarəçiliyi, bir sıra qanunsuz hərəkətləri barədə çesidli yazılara dərc edilir. Təbii ki, bu yazılardan sonra redaksiyaya yeni şikayət dolu informasiyalar və bununla yanaşı, cənab başçının “adamlarının” xahişləri də daxil olur. Ortada isə iş adamlarının konkret ittihamı var: “Zakir Fərəcov 16 nəfər iş adamının 2 milyon 100 min manat pulunu da qaytarmır. Həmin iş adamlarının bəziləri bu borc üzündən işlərini və evlərini, mülklərini itiriblər, dost-tanış arasına çıxa bilmirlər. Əlləri hər yerdən üzülən bəzi iş adamları isə tələblərinin yerinə yetirilməsi üçün canlarına qəsd edərək aclıq aksiyası keçirirlər. Dövlət büdcəsindən və prezidentin Ehtiyat Fondundan Sumqayıt şəhərinin abadlaşması üçün ayrılan pullar isə naməlum istiqamətə xərclənir, mənimsənilir. Zakir Fərəcovun ailə üzvlərinin evlərinin, mülklərinin tikilməsinə və təmir olunmasına xərclənir. Bu mənimsəmələrin bədəli isə Sumqayıtın abadlaşdırılmasını həyata keçirən bizim – iş adamlarının hesabına ödənilir”. bütün problemlər Zakir Fərəcovun birbaşa rəhbərliyi altında Adil Xudadatov-Hümbət Məmmədov cütlüyünün iştirakı ilə aparılıb. Məsələn Sumqayıt şəhərinin girişində, Yeni Bulvar kompleksinin tikintisində, Şəhidlər Xiyabanının abadlaşdırılmasında iştirak etmiş və üzərinə götürdüyü öhdəlikləri vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirǝrǝk təhvil vermiş MMC-yə 2022-ci ilin avqust ayında fiziki şəxs kimi fəaliyyət göstərən “iş adamı” Məmmədov Hümbət Əlcavan oğlu Sumqayıt şəhərində yenidənqurma və abadlıq işləri ilə əlaqədar tenderi qazandığını bildirərək subpodrat müqaviləsi əsasənda işlərin böyük əksəriyyətini cəmiyyətə həvalə etməyi təklif edir. Ancaq müqavilə əsasında verilməli olan vəsait də artıq H.Məmmədovun hesabında yoxdur. Həmin vəsaiti hara, kimə, nə üçün ödənilməsi məlum deyildir. Digər bir halda isə Yeni Bulvar kompleksinin tikintisində baş verən qanunsuzluq yer alır. Belə ki, iş adamı Z.Fərəcovun sözlərinə inanaraq təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını tanıdığı iş adamlarına sifariş edir. Onların dəstəyi ilə bütün məhsulları alaraq tapşırılan işləri yüksək səviyyədə yerinə yetirir. Bu dəfə dövriyyəyə o vaxtkı şəhərin memarı Adil Xudadatov salınır və yenə də sahibkarların pulu verilmir.
Sahibkarlar problemlə bağlı dövlət qurumlarına şikayət ünlanlayanda Sumqayıtın icra başçısı sahibkarları hədələyərək, onları tutduracağını bildirirdi. Bu o zamanlar idi ki, Fərəcovun qılıncının dalı da, qabağı da kəsirdi. Lakin indi vəziyyət dəyişib.. Siyasi mövqeyinin zəifləməsi Fərəcovu narahat edir və bu səbəbdən Sumqayıtın icra başçısı mümkün qədər sahibkarların könlünü almağa çalışır. Hazırda 46 milyon manatlıq borcu qaytarmaq istəməyə Fərəcov, iş adamlarına daha bir “yumaq” verməyə başlayıb. Bir qədər əvvəl o, iddia etmişdi ki, guya, Sumqayıtda görülən işlər üçün dövlət büdcəsindən pul ayrılmayıb, həmin işlərin də xərcini özü çəkib. Daha sonra isə Fərəcovə “Qarabağda tikinti gedir, bütün pulları örə göndərmişik” bəhanəsini ortaya atıb. Amma Fərəcovun bəhanə və yalanları bununla dfa bitmir. Məsələn, yayılan məlumatlara görə, “Fərəcov borclu olduğu sahibkarlara şərt qoyub ki, “sizin pullarınız bir şərtlə verilə bilər 30% mənə qalmaqla pulunuz geri veriləcək. Amma notarial qayda pulunuzun tam aldığınız haqqında sənəd imzalayacaqsınız”. Burda deyiblər :”həm suçlu,həmdə güclü!” Təbii ki,hər şeydən əli üzülən bəziləri pullarını almaq üçün buna razı olublar. Amma haqqını tələb edənlər,öz haqqlarını hələ də tələb edirlər”. İndi isə iş adamlarının və bu layihədə çalışanların ailə üzvləri problemlərinin həlli ilə bağlı Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət edib. Müraciətdə problemdən bəhs olunaraq sonda deyilir: ” Biz icra başçısının yalan vədləri üzündən aylardır ailə olaraq böyük sıxıntılar içindəyik. Tək ümidimiz Sizədir. Bu dəfə Dövlət Təhlükəsizlik Xidmətini Sumqayıta göndərin. Onlar araşdırsınlar. Sumqayıtda baş verənləri görsəniz inanmayacaqsınız ki, sizin idarəçiliyinizdə belə bir şəhər və onu idarə edən şəxslər var.
Dərin Hörmətlə Zakir Fərəcovun əlindən zara gəlmiş bir qrup sahibkarın ailə üzvləri.”