“Real” azarkeşlərindən “Barselona” prezidentinə rüşvət atmacası

Real” azarkeşləri İspaniya Kubokunun yarımfinal mərhələsinin “Barselona” ilə oyununa (0:1) saxta əsginaslar gətiriblər.

“Talksport”un xəbərinə görə, onlar Kataloniya klubunun prezidenti Joan Laportanın təsviri olan 500 avroluq əsginas hazırlayıblar. Bildirilir ki, bu yolla Madrid klubunun azarkeşləri “Neqreyra işi”nə işarə ediblər.

Fevralın 15-də “Barselona”nın 2001-2018-ci illər aralığında İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti çalışan Xose Mariya Enrikes Neqreiraya məxsus “DASNIL 95” şirkətinə ümumilikdə 1,4 milyon avro ödədiyi barədə xəbərlər çıxıb. Daha çox katalonların keçmiş prezidenti Xosep Bartomeunun adı çəkilsə də, Joan Laportanın da prosesdən kənar olmadığı qeyd olunur

0.029340982437134