Hacı Şahin ölümündən bir gün əvvəl həkimə müraciət edib - FOTO/VİDEO

TƏBİB Hacı Şahin Həsənlinin ölüm səbəbi ilə bağlı 

TƏBİB Hacı Şahin Həsənlinin ölüm səbəbi ilə bağlı məlumat yaydı.

TƏBİB-dən BakuPress.Az-a verilən məlumata görə, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.

 

Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasiminin yeri məlum olub. 

BakuPress.Az xəbər verir ki, Hacı Şahin son mənzilə Məşədi Dadaş məscidindən yola salınacaq.

 

0.075536966323853