Zakir Fərəcovun yerinə hazırlaşan Xudadatov kimdir? – FOTO

Uzun müddətdir adı ölkə mediasından düşməyən, Sumqayıtın icra başçısı Zakir Fərəcovun “sağ əli” kimi tanınan, hətta qısa müddət onun müavini olan və tez də postunu itirmiş, indisə İH-də Memarlıq şöbəsində çalışan Adil Xudadatov karyera yüksəlişi həvəsindədir.

 

BakuPress.az Reportyor.info-ya istinadən xəbər verir ki, adıçəkilən məmur Sumqayıtın icra başçısı olmağa hazırlaşır.

 

Xudadatova yaxın olan dairələr ona vəd edib ki, Fərəcovun yerinə təyin oluna bilər. Amma bunun üçün onun siyasi rəhbərliyə təqdimatı gedərkən dosyesi təmiz olmalıdır. Çünki Prezident Administrasiyasında kuratorlar bir məmurun təqdimatını verərkən onun fəaliyyəti araşdırılır, mətbuatda adının nə dərəcədə hallanması monitorinq edilir. Bu mənada Xudadatov üçün perspektiv ümidverici görünmür. Fərəcovun qara işlərini görməkdə adı keçmiş, barəsində müxtəlif iddia və ittihamlar yayılmış şəxsin Sumqayıtın icra başçısı təyin olunacağı sual doğurur. Amma Xudadatov əl-ayağa düşüb və xəbərlərə görə, özü haqda kristal reputasiya yaratmağa çalışır.

 

Məlumatda deyilir ki, Adil Xudadatov sərvət və mal-dövlət hərisidir, onun pula and içməsi belə təəccüb doğurmaz. Yəni korrupsiyaya bulaşmış bütün məmurlar kimi “qibləsi” maddiyyatdır. Deyilənə görə, Xudadatovun pulunu ver, sənə bütün qapıları açacaq, yaşıl işıq yandıracaq. Hətta nisyə dəftəri belə olduğu iddia edilir. Belə ki, hər hansı işi aşırmaq istəyəndə pul çatmırsa, Xudadatov nisyə dəftərinə qeyd edir, problemi yoluna qoyur, sonra möhlət verir, imkan olan kimi gətir çatdır. Belə bir xarakterə malik məmur olması onu Fərəcovun da gözündə “ucaldıb”. İcra başçısının ona etimadı yaranmışdı və bir çox işlərin sövdələşməsində Xudadatovu önə çəkmişdi. Sumqayıtda danışılır ki, bunun nəticəsi olaraq həmin məmurun obyektləri, mal-mülkü, biznesi səltənəti var. Hətta iddialar var ki, o, əvvəl yük maşını sürücüsü olub, ardınca Dağıstan universitetlərinin diplomlarını alaraq özünə dövlət qulluğunda iş tapıb. Sumqayıtda bütün tikinti, abadlı işləri ilə bağlı məsələlər Xudadatovun əlində olub. Onun icazəsi olmadan, daha doğrusu pulunu almadan şəhərdə daşı daş üstə qoymaq mümkün olmayıb.

 

Xudadatov hətta bəzən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı adından da sərəncamlar verir, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərini mənimsəyir.

 

Baş memar bu əməllərini daha çox İcra başçısı səhhəti ilə bağlı məzuniyyətdə olduğu vaxtlarda həyata keçirir. Tikinti işlərinə nəzarət gücləndirilsə, bu səlahiyyət Dövlat Şəhərsalma və Arxitektura Komitəsinə verilsə də, A.Xudadatov hansısa yollarla bu əməllərini davam etdirir.

 

Onun mal-mülk siyahısını təqdim edirik:

 

Bakı şəhəri, 28 may küçəsi, “Neptun” marketin üstündə yerləşən mənzillər;

 

AAFF Yaşayış Kompleksində mənzillər;

 

Sumqayıt şəhəri, 21-ci məhəllədə villalar;

 

Sumqayıt Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında yeni tikilən 4 mərtəbəli bina

 

Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);

 

Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən bir neçə mağaza;

 

Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…

0.076385021209717