Son günlərin əsas xəbəri Türkiyədə baş verən zəlzələ hadisəsi olsada trans “Səbiş”ləqəbli Qismət Soltanovunda həbsi cəmiyyətdə adekvat şəkildə birmənalı qarşılanmadı. Bunu sosial şəbəkələrdə altdan yazılan yorumlardan açıq aydın görmək olurdu. Amma maraqlı bir nüans ortaya çıxır ki bəs müzakirə edən cəmiyyətin ağzı göyçəklərin ağızları nədən yanır?
80-100AZN GÖRÜŞÜRƏM...
Bəli, bu gün istifadə etdiyimiz sosiak şəbəkələrdə Ayka görüşən, Sevda Abbasova, Çinarə massajist və bu kimi adlara, səhifədə olan rus, erməni, tatar bir sözlə başqa millətin xanım şəkillərini paylaşmaqla Azərbaycan bəylərini ağıldan çıxararaq evinə çağırıb pullarını alaraq öz aləmlərində qazandıqlarını düşünənlərə nə ad vermək olar. Əsas odur ki, ağzı yanan bəylər həmin “xanım”ın hərəkətlərindən dərs almayaraq yenidən eyni pulla “xanım”ların qurbanına çevrilirlər.
ECAZKAR SƏS...
Adətən bəyləri ağıldan çıxaran isə “xanlm”ların yanında dayanıb gündəlik faizlə işləyən original xanımlar olur. Öz səsləri ilə bəyləri evə dəvət edir, çox zaman qapını açaraq içəri dəvət edirlər və sonu isə məlumdur...
Otaqdan çıxan enlikürək, qoluyoğun bir “xanım” öz səsi ilə öz qurbanına hərbə zorba gəlib pulunu alır, video çəkərək şantaj xarakteri ilə meydanda at oynadırlar. Şikayət isə əsassız qalır. Adı bu olur ki biz LGBT fərdiyik AŞ bizə azadlıq və hüquq verib. Bəs burdan sual ortaya çıxır ki LGBT fərdinə polisdəmi qarışmamalıdır? Neçə neçə “xanım”ın qurbanına çevrilən şəxslərin hüququnu kim müdafiə etməlidirlər?
MƏN QIZAM...
Əslində AŞ maskası altında pul toplayıb özünü kəsdirib kökündən dəyişən “xanım”larda az deyil. Küllü miqdarda özünə maya buraxıb cinsini belə dəyişən “xanım”lar hətta kimlik belə alaraq ölkədə “mən artıq tamamilə qadınam”deyə car çəkərək yenə hırəkətlərindən əl çəkməyirlər, halbahal olmamaq üçün psixotrop maddələr ilə təskinlik taparaq şüuraltı qız olduqları ilə özlərini aldadırlar.
QURBAN OLUM ELƏMƏ...
Bu yaxınlarda bir yaxın tanışım belə bu cür “xanım”ların qurbanı olub. Elə sosial şəbəkədən tapıb bir “xanım”ı otelə çağıraraq onu bəh bəhlə gözləyən bəyin bütün arzuları otelə gələn “xanım”la puç olur. İmtina etməyi əsassız bilsədə, etiraz etsədə nədənsə günahkar “xanım”deyil, bəy olur. Polis “xanım”ı yox, bəyi necə deyərlər əməllicə talayır. Bəyi günahkar bilərək ona cərimə kəsib, otel rəhbərliyini tənqid edir. Bəs görəsən qazanılan pul neçə yerə bölünür?
Buradan bir sual ortaya çıxır. Budurmu müstəqillik? Budurmu haqq ədalət? Görəsən hər hansısa bir ərazi üzrə aidiyyatlı qurumlar niyə göz yumurlar? Suallar çoxdur.
Gəlin razılaşaq ki sırf cinsi azlıq deyəndə üsyan etməyək. Tarix boyu cinsi azlıqlar olub ki məhz öz işləri ilə tanınıb sevilib seçilib. Lakin nədənsə onlar Hümbətlərin, Rasimlərin, Elvinlərin, Ülvilərin və digər “xanım”ların hırəkətlərinə görə birmənalı cəmiyyətdə qarşılanmırlar. Gender bərabərliyi budur? Ümid edirəm ki bu yazıdan sonra DİN yi və bəzi aidiyyatlı qurumlar nəsə bir tədbir görəcəklər.
Bu gün trans Səbişi müzakirə etmək lazım deyil, məncə Afətlərin, Çinarələrin, Ülviyyələrin, Sevdaların barəsindədə bir ölçü götürülməli və onların yanında operator rolu oynayan ecazkar səsləridə yerindən tərpətmək lazımdır.
Mövzuya qayıdacağıq
Aydın Ulusoy
BakuPress.Az