Ötən gün Türkiyədə baş verən zəlzələdə Malatyada dağıntı altında qalan dörd azərbaycanlı tələbənin xilas olduğu bildirilib. Səfirlikdən verilən məlumata görə isə həmin tələbələrlə bağlı hər hansı bir məlumat yoxdur.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Dağıntı altında qalan S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.
Dağıntı altında qalan Şahin Verdiyevin anası, Esmira Hüseynova Baku TV-yə danışıb.
Daha ətraflı süjetdə: