Sözün düzü, Sumqayıtın icra başçısı Zakir Fərəcovun fəaliyyəti, daha doğrusu, neqativ fəaliyyəti barədə o qədər yazılıb, o qədər deyilib ki, artıq bu mövzu nimdaşa çevrilib. Amma nə etməli ki....
Birincisi böyük bir şəhərin və dövlətin şəhərin inkişafına ayırdığı millyonların yeyilməsi və sahibkarların borc davası,işsiz ,gücsüz qalan cavanların, borcla tikilən bulvarda çay içməyə borc axtaran şəhər sakinlərinin talehi bizi narahat edir.
İkincisi, biri daş yonur divar hörür, biri at nallayır, yəni hərənin bir işi var, biz medianın da işi haqsız, ədalətsizlik edən məmurların fəaliyyətini işıqlandırmaqdır ...
Pis mənada başa düşməyin ee. Nalbənd atı nə üçün nallayır ? Nallayır ki, at daşda, qayada, çınqıllıqda əziyyət çəkməsin.
Düzdür atı nallayanda girən mıxlar atı incidir, amma sonra faydası var, xeyri var.
Biz media da məmuru qınayırıq ki, sonra həbsxanaya düşüb əziyyət çəkməsin, səhvlərini bəri başdan düzəltsin. Yoxsa bizim məmurlarla nə işimiz var ki...
Yəni bizim yazılar onları incitsə də faydası çoxdur. Həm məmur insanları incitmir, həm də öz gələcəyini həbsxanadan qoruyur.
Başçısı Zakir Fərəcov və onun "maliyyə işlərini" aparan isə keçmiş "kamaz şoferi" şəhərin memarı Adil Xudadatov olan şəhərimin gününə kim ağlasın bəs?İcra başçısı dövlətin puluna özünə imarətlər,obyektlər yaradan,maliyyə işini "memara" tapşıran və onları nəzarətsiz buraxan bir şəhər xoşbəxt ola bilərmi? Elə istibdad zorakılığına alışqan olan Zakir Fərəcov özəl həyatı bəhanə gətirərək nəzarətdən azad olur və həmin səbəbdən vəzifəsini yerinə yetirmir, qanunu saymır, mövqeyindən sui-istifadə edir və şəhəri,dövlətini fəlakətə sürükləyirlər.
Sərbəst insanlar ölkəsində yaşayanların belə yalançı ayrı-seçkiliyə dözümü yoxdur. Azad ölkə elə bir birlikdir ki, ayrı-seçkiliyi qəbul etmir, məmurlar və cəmiyyət adamları bütün həyatını cəmiyyətə verir. Cəmiyyət isə bu həyatın öz varlığını sürdürməsində maraqlı olduğu üçün öz nəzarətini gerçəkləşdirir.
Çox danışmayacam.Çünki yetərincə yazmışıq amma aidiyyəti qurumlar nəsə hələdə Sumqayıt icra hakimiyyəti və az qala başçı kreslosuna 20 ilə yaxın pərçimlənmiş Fərəcov və onun dəstəsini qoparmağın ya hələki yolunu tapmırlar ya xüsusi tilsim var,onu qıra bilmirlər.Amma Talıbovdan tilsimi güclü olmayacaqda,dövlət onun tilsimini qırıbsa ,Fərəcovun iş fəaliyyətindəki tilsimləri anında qıra bilər.
Sadəcə dəqiq araşdırılıb cəmiyyətə bir məlumat verilsə yaxşı olar.Kimdir müqəssir sualına cavab tapılar.
Sumqayıtda böyük narahatlıqların baş qaldırdığı haqda yazılanlar görə ,demək olar ki,həyəcan siqnalları çalınır. Necə deyərlər, deyəsən atdığımız ox onluğa dəyib.
Amma nədənsə ox onluğa dəysədə ,yayı əsas qurumlar ya gizlədir ya da məqamın tam vaxtını axtarırlar.
İndi isə dəyərli oxucularımıza , yarımçıq qaldığımız yerdən başlayaq. Sözümüz rayon icra hakimiyyətinin başçısı hörmətli Zakir Fərəcovadır.Hörmətli Zakir müəllim. Bizim sizinlə hər hansı şəxsi düşmənçiliyimiz və ədavətimiz yoxdur. Qətiyyən düşünməyin ki, bizlər kimlərinsə maraqlarından çıxış edirik. Xeyr belə olmayıb, ola da bilməz. Haqqınızda yazdıqlarımız bizim redaksiyamızın deyil, elə sizin vəzifələrə yerləşdirdiyiniz məmurların və zərərçəkmiş iş adamlarının dedikləridir. Cənab başçı, başa düşürük, böyük bir şəhər rəhbəri haqqında belə fikirlər istər-istəməz narazılığa səbəb olur. Ancaq Adil kimi işçinizin söylədikləri və əməlləri sizi qeyri-səmimilikdə, yalançılıqda, vəd verib vədinə xilaf çıxmaq kimi situasiyalarda ittiham edirlər. Bizim bu məsələlərin nə dərəcədə real olduğunu dəqiq araşdırmaq öhdəliyimiz də yoxdur. Ancaq bunu qeyd edək ki, sizdən əvvəlki başçının dövründə belə dedi-qodular olmayıb. Biz demirik ki, əvvəlki başçı pir-peyğəmbər övladı olub. Ancaq o, ən azından məmurları bir araya yığıb ciddi nəzarət etmək qabiliyyətinə malik idi.Ən əsası "kamaz şoferi"saxta diplomla memar deyildi nədə maliyyə və "qara kassa"işini aparmırdı. Hazırda belə dedi-qoduların məhz sizin haqqınızda söylənməsinin tək səbəbkarı özünüzsünüz. Çünki unutmaq olmaz deyə sizə öyüd-nəsihət vermək istəmirəm. Ancaq bunu tarixi şəxsiyyətlər və sərkərdələr deyib. Rəhbərin bir əlində quran olanda digər əlində qılınc olmalıdır. Hörmətli Zakir müəllim. Bizə qalanda şəxsən sizə böyük hörmət və ehtiramımız var.Ən azı ağsaqqal və şəhərin prezident tərəfindən təyin etdiyi başçısız.Amma nə xan nədə padşah deyilsiniz.Sizin dövlətin illərlərlə ayırdığı pulları mənimsəyərək özünüzə Abşerondan Sumqayıta qədər səltənət yaratmısınız.
Necə olur ki, aidiyyatı orqanlar bir jurnalisti 5 manata pula görə 1 gün ərzində addım-addım izləyə bilir, ancaq bu boyda özbaşnalığı görə bilmir? Bəyəm belə hərəkətlər insanları dövlətdən, dövlətçilikdən iyrəndirmir? Bəs hər üç aydan, nə bilim altı aydan bir prezidentə onun göndərdiyi nümayəndələrə məruzə edirsiniz ki, şəhərdə hər şey qaydasındadır. Belə işləyirsiniz? Dövlətə, onun xalqına belə xidmət edirsiniz?
Bir onu deyə bilərəm ki,qardaş ölkə Türkiyədə baş verən ağır təbii fəlakətə baxıram ürəyim partdıyır.İnsan həyatı 1 saniyənin içində məhv olur ,qurub əziyyətlə camaatın tikdikləri ev eşik bir anda məhv oldu.Ana balasını,qardaş bacısını,biri qocasını ,bir körpəsini axtarır.Hər kəs tək canının və həyatının həyacanındadır.Allahdan hamı imdad diləyir.
Siz yəqinki,bunlara baxırsınız .Yaxşı,deyək ki, dövlətdən qorxmursuz ,heç olmuya Allahdan qorxun...
Bu arada fürsəti fövtə vermərsiniz dövlətin Qardaş ölkəyə ayırdığı yardımı Türkiyədəki biznesinizə və ziyan çəkən obyektlərinizə yönəldərsiz.Bu puluda sahibkar və şəhər camaatından Adil yığmağa başlayar.Nə bilim mən artıq hər şey gözləyirəm.
BakuPress.Az