Adil Xudadatov-Fərəcovun "Qara kassası",fərasətli "Kamaz şoferi",şəhərin baş memarından xəbər var...

Məlumdur ki,son günlər mətbuatda və rəhbəri olduğum BakuPress.Az saytında Sumqayıtın icra başçısı Zakir Fərəcovun ciddi nöqsanları və iş adamları ilə borc qalmaqlı ilə bağlı əsaslı yazılar dərc olunur.  

Xatırladım ki,mənim Fərəcovla heç bir şəxsi qərəzim yoxdur,olada bilməz.Mən sadəcə yaranan vəziyyət və şikayətləri lazımi orqanlara mətbuat vastəsi ilə çatdırır və mövqeyimi bildirirəm.Qalanı lazımi orqanların işidir. Səlahiyyətli orqanlar isə  bu işi araşdırmağa nəsə çox gecikir...

Fərəcov var- dövləti,mal mülkləri ,yüksək çinli məmurlarla qohumluq,qudalıq şəbəkəsi olan , özünün,oğul,uşaq,nəsil- kökünün hər yerdə silahlı mühafizə ilə qorunan,ən "qocaman" icra başçısı kimi mətbuatda həmişə gündəm olub.Amma nədənsə hər dəfə sudan quru çıxmağı bacarıb.Bununda səbəbləri artıq məlumdur.Çünki,bu cür ciddi nöqsanlarla ölkə rəhbərinə onu yaxşı təqdim edən Ramiz Mehdiyev kimi adamı,bir vaxtlar Milli Təhlükəsizlik xidmətinin keçmiş rəisi Eldar Mahmudov kimi təhlükəli general onun "tam təhlükəsizliyini"hər tərəfli təmin etməsi,sabiq Respublika prokuroru Zakir Qaralovla xüsusi dostluğu və nəhayət Talıbovun "Xanlıq" kursunun üzvü olmağı onu sudan quru çıxarır və xalqın gileyini,gördüklərini işıqlandıran mətbuatı günahkar,hətta yalançı çıxararaq ,dövlətin,xalqın mətbuata olan inamını gözdən salırdı.Amma indi nə Mehdiyev,nə Mahmudov,nə Qaralov və nəhayət nə Talıbov var.

 

 

Keçim əsas mətləbə...

Yəni Fərəcov və onun komandası...Daha doğrusu Fərəcovun "Qara kassa"sına "mühasiblik" edən Sumqayıtın baş memarı Adil Xudadatovdan xəbər var...

 

 

 

Sahibkarların dediyinə görə, Zakir Fərəcov borcun qaytarılması məsələsini Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatova tapşırıb.

Bəs Adil Xudadatov əslində kimdir?

Uzun müddətdir adı  ölkə mediasından düşməyən, Sumqayıtın icra başçısı Zakir Fərəcovun "sağ əli" olan, vaxtilə Abşeronda at oynadan, sonra  qısa müddətdə Fərəcovun müavini olan və  tez də qovulan, hazırda Sumqayıt icra hakimiyyətində tikinti şöbəsinin müdiri olan ADİL XUDADATOVU hamı keçmiş"Kamaz şoferi", Fərəcovun pul yığanı kimi tanıyır.Pul yığmaq ,pul bölüşdürmək barəsində ,apardığım araşdırmaya görə Xudadatov çox fərasətlidir.Zakir Fərəcov da bu oğlanın fərasətli olduğunu nəzərə alıb və Abşerona rəhbərlik etdiyi dövrdə ona yağlı vəzifə verib .

Fərasətli oğlan olan Xudadatov qısa vaxtda Zakir Fərəcova bir neçə milyon atıb və Zakirin qəzəbinə tuş gəlib , 15 sutka dincəlməli olub. 

Sonradan pulları qaytaran Xudadatov  yenidən Zakir Fərəcovun etimadını qazanıb.Hələ 2 diplomunu bu memar sonradan Rusiyadan yaxşı pula almağıda bacarıb.

Sahibkarlar deyirlər ki, normal qaydada Zakir Fərəcov dövlət tərəfindən ayrılmış pulları işi görənlərin hesabına köçürməlidir. Hər dəfə bir bəhanə ilə pulu ödəməkdən boyun qaçıran Fərəcov,xeyli vaxtdır Adil Xudadatovu qabağa verib, o da min dənə bəhanə ilə pul ödəməkdən məharətlə boyun qaçırıb ,vaxt udmağı qənimət sayırdı.Çox saylı,illərin şikayətindən sonra bir neçə adama Xudadatov özü kabinetində pul verib.Axı bu necə ola bilər? Bank hesabına keçməli olan ,dövlətə hesabatı verilməli bir pulu Xudadatov əlbəl necə verə bilər?Bəs bu tenderdə iştirak etmiş adamların bank hesabı necə olub?Bəlkə dövlətin layihəsini Xudadatov özünün və Fərəcovun restoranlarının ərzaq bazarlığının hesabatı ilə səhv salıb? Eyni zamanda, şöbə müdiri niyə iş adamlarına pul verməli və Zakir Fərəcovun borclarını bağlamağa borclu olmalıdır?Hələ üstəlik öz haqlarının 30%ni Fərəcova çatmaq şərti ilə...

 Xudadatovdan 30%"şapka" ilə pullarlnı alan iş adamları özləri adlarını saytımıza təqdim edib ,həmin siyahını oxuculara ,lazımı orqanların diqqətinə çatdırırıq:

1.Əsgərov Məhəmməd(iş adamı)

2.Abbasov Rəşad(iş adamı)

3.Abbasov Eyvaz(iş adamı)

4.Piriyev Bilal(iş adamı)

5.Qasımov İsa(iş adamı)

6.Allahverdiyev Aydın(iş adamı)

7.Şəmiyev Ağaməmməd(iş adamı)

8.Rzayev Zöhrab(iş adamı)

9.Qarayev Elşən(iş adamı)

10.Mənsurov Çingiz(iş adamı)

11.Məmmədov Sayəddin(iş adamı)

12.Abbasov Əkbər(iş adamı)

13 Məmmədov İlham(iş adamı)

14.Rzayev Altay(usta)

15.Rzayev Elçin(usta)

 

Bizə üz tutdular,bizdə dedik. Bu işləri ölkə başçısına təqdim etmək üçün, növbə tezliklə bütün deyilən ,yazılan şikayətləri araşdırıb,qanunamüvafiq qiymət verə bilən səlahiyyətli orqanlarındır. Sumqayıt paytaxta ən yaxın və ölkənin 3- cü böyük şəhəridir.Sumqayıtın dərdi var,gözü isə paytaxtın rəsmi orqanlarının yolunda,ürəyi intizardadır.

 

P.S.Ulu dədələrimizi bir sözü var, haram tikə gec, ya da tez mütləq burundan geri gələcək. O cümlədən, müasir dövrümüzün də bir ilginc kəlamını xatırlatmaq istərdim, həyat bumeranqdır.   

Təbii ki, ictimai qınaq və ictimai dəstək kimi mühüm faktorlar da korrupsiyaya qarşı mübarizədə hər zaman mühüm əhəmiyyət kəsb edir. Ona görə də dövlətimizin başçısı daim ictimai nəzarət və ictimai qınaq faktorlarını xatırladır.

 

Şəfəq Ağacan

0.04095196723938