BakuPress.Az xəbər verir ki, Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadənin biznes şəriyinə cinayət işi başlanıb. Bu barədə hüquq-müdafiəçisi Taleh Xasməmmədov öz feysbuk səhifəsində status yazıb.
Taleh Xasməmmədov yazır:
“Bir neçə gün əvvəl mənə məlumat verdilər ki, Göyçaylı sahibkar Rəşid Xəlilov və ona yaxın səxslərin şəhərdə özbasına torpaq sahələri tutma və qanunsuz tikinti işləri aparması faktları üzrə cinayət işi başlanıb.
Göyçay rayonunda sahibkar kimi tanınan Rəşid Xəliov 31 may 2005-ci il tarixdən etibarən Seyidov Nazim Sabir oğlunun və Vahidov Xalid Rəcəb oğlunun mülkiyyətində, hər birinə 2/1 pay olmaqla 3851.0 kv.m torpaq sahəsi üzərində ümumi tikili sahəsi 1117.5 kv.m olan, Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən əmlak olmasına baxmayaraq, həmin əmlakın torpağını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinin tam qanunsuz yolla əldə etmiş, sonra həmin əraziyə daxil olmaları üçün məhkəmə qərardadına əsasən müvəqqəti qadağalar qoydurmuş, elektrik, su təchizatının verilməsinin dayandırılmasına, eləcə də vergi orqanının təsirlərinə məruz qoymuş, ərazinin qapısı zor gücünə bağlandıqdan sonra heç bir müvafiq məhkəmə qərarı olmadan sahibkara məxsus tikililəri (avtomobillərə texniki xidmət emalatxanaları) gecə ilə sökdürməyə başlamış və bununla da inhisarçı mövqeyini ortaya qoymuşdur.
Rəşid Xəlilov
Rəşid Xəlilov şikayət və faktlar üzrə barəsində Göyçay rayon Polis Şöbəsində və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar başlanacağını ehtimal edərək dərhal qanunsuz yolla əldə etdiyi əmlakın sahibinə 200 min manat, emalatxanaları dağıdılan sahibkarlara isə 2-3 min manat ödəməli olmuşdu. Həmçinin həmin sahibkarlara digər ərazilərdə icarəyə sexlər götürüb verməklə müvəqqəti olaraq vəziyyətdən çıxa bilmişdi.
R. Xəlilovun vəzifəli şəxsləri pulla ələ alaraq bir çox qanunsuz işlərə indi də davam etdirməsinə səbəb kimi indiyədək olan cəzasızlığı göstərmək olar.
Əminliklə deyirəm ki, sahibkar Rəşid Xəlilovun inhisarçılıq yolu ilə işçisi Rəcəbov Vamiq Cümşüd oğlunun adına rəsmiləşdirdiyi Göyçay şəhəri, M. Hüseynzadə küçəsi, 26 ünvanında 0.35 ha torpaq sahəsinə verilmiş 14. 07. 2020-ci il tarixli çıxarışın dövlət qeydiyyatına alınması və ondan sonrakı zorakı hərəkətlər tamamilə qanunsuz yollarla olmuşdur. V. Rəcəbovun adına 14. 07. 2020-ci il tarixdə çıxarış verilərkən xüsusi mülkiyyətə verilən istənilən torpaq sahəsi əvvəlcə yerində müaynə edilməli idi.
Məsələn, müvafiq hərəkətlərlə torpaq sahəsi üzərində olan yüklülük, hər hansı qanuni və ya qanunsuz tikilililərin olub-olmaması faktı müəyyən edilməli və sonunda kadastr məlumatlarında həmin ərazinin dəqiq koordinatları yoxlanmalı idi. Amma V. Rəcəbova məxsus kadastr ünvanı məlum olmayan torpaq sahəsi üzərində hər hansı tikilinin olduğu faktı göstərilməmişdir.
29.08.2020-ci il tarixdən gözlənilmədən Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi 26 ünvanda yerləşən, 30-dan çox şəxsin işlədiyi və gündəlik dolanışıq yeri olan sahibkarlıq məqsədilə istifadə edilən (avtomobillərə texniki xidmət emalatxanası) əmlakları ələ keçirilib. Bundan sonra R. Xəlilova məxsus “Təzə Bazar” ticarət mərkəzinin daş hasarı təxminən 4 – 4.5 metr enində, 80-100 metr uzunluğunda M. Hüseynzadə küçəsinin piyadalar üçün nəzərdə tutulan səki və avtomobil park edilən hissəsinə qədər çıxarılıb.
Bundan əlavə sahibkar Rəşid Xəlilov “Azəraqrartikinti” ASC-nin Göyçay “Aqrartikinti” Filialına məxsus böyük ölçüdə torpaq sahəsini zəbt edib. Şəhərin M. Hüseynzadə küçəsində yaşayış massivinə gedən döngədə avtomobil yolunun üstündə özünə “Pərdə-Tül” mağazası tikdirib. Həmçinin onun 5 il əvvəl sabiq icra başçısı Mehdi Səlimzadə və məhkəmə hakimlərilə əl-ələ verərək başqa bir sahibkara məxsus bazarı bağlatdırması, ora kifayət qədər qanunsuz müdaxilələr etməkdə aktiv yer alması, daha sonra inhisarçılıqla özünə “Təzə Bazar” qurması heç kimə sirr deyil.
El yolunu tutanları yolunu bağlamağın zamanıdır. Umid edirəm ki, bundan sonra “haram biznes” quran Xəlilova və onun əlaltılarına qanun qarşısında hər hansısa güzəstlər tanınmayacaq.”