Azərbaycanda qadına şər atdılar, özünü doğradı

Qazaxda qadın özünə xəsarət yetirib.

 

Hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. 37 yaşlı Ləman Musazadə qolunun kəsilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Musazadə Ləman Şərafəddin qızının qollarını doğramasının səbəbi üzə çıxıb. 

Belə ki, həmkəndlisi R.Vəliyev sosial şəbəkələrdə mütəmadi olaraq, şər-böhtan xarakterli ifadələr işlətməklə L.Musazadəni və ailəsini təhqir edib. Qadın da bu səbəbdən yanvarın 10-u saat 13:30-da yaşadığı evdə bıçaqla sol qolunu kəsərək, özünü öldürmək istəyib.

Hazırda araşdırmalar davam edir.

0.039537906646729