Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olanların sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Ölkə rəhbərinin doğum günü və yekun hesabat olaraq ,dünən Azərbaycan MMA, pankration və qrapplinq federasiyasının prezidenti Azad Əsgərovun təşkil etdiyi tədbirdə bir çox idmançılar diplomlarla təltif olunub.
Onuda qeyd edək ki,prezidenti Azad Əsgərov eyni zamanda Dünya güləş birliyinin qrapplinq güləş idman növündə komitə üzvü ,
GAMMA (Global Association MMA) ümumi yığıncağında Avropa federasiyasının vitse-prezidenti vəzifəsindədir.Azad Əsgərovun yetişdirdiyi idmançılarımız son illər Dünya Çempionatlarında ,ölkəmizin bayrağını birincilik pilləsinə qaldırır və qızıl,gümüş medalları vətənimizə qazandırıblar.Bu il Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının üzvü olan idçançılarımız , Qrapplinq üzrə keçrilən dünya çempionatlarında uğur qazanıblar.Həmin idmançılardan biri Qaydasız döyüş üzrə dünya çempionu Ömər Mutayev "İlin İdmançısı"diplomu ilə təltif olunub.Bu cür oğullarla hər zaman fəxr etməliyik.Azad Əsgərov bir bu idman növündə Azərbaycan idman tarixinə və dünyada tanınan ilk peşəkar idmançımızdır.Bu gün sevindirici haldır ki,onun hazırladığı idmançı döyüşçülər uğurlara imza ataraq bizi sevindirir.Bakupress kollektivi olaraq başda Azad müəllim olaraq, federasyanın bütün üzvlərini və "İlin idamnçısı"Ömər Mutayevi təbrik edir.Gələcəkdə uğurlar arzu edirik.