Zakir Fərəcov imperatorluğu: bahalı obyektlər, vəzifəli qohumlar,milyonluq sərvətlər və...

Ötən sayımızda Zakir Fərəcovun sahibkarlarla borc qalmaqalı haqqında yazmışdım.Oda məlumdur ki,ölkə başçısı Sumqayıtın abadlaşması üçün 50 milyondan çox pul ayrılması haqqında sərəncam imzalayıb.
Bəs 50 milyon hara xərclənib?Araşdırmalara apararkən bir çox məlumatlar əldə elədim.
Zakir Fərəcov Sumqayıta gələndən rəsmi sərəncamlarla 50 milyondan çox vəsait ayrılıb. Halbuki bu qədər pula, yeni şəhər salmaq olardı.

Bəs bu qədər pul haralara gedib, kimin və kimlərin ciblərinə axıb? Buyurun, Həbib Müntəzirin facebook-da yaydığı Fərəcovlar ailəsinin biznes imperiyası ilə tanış olun, onda hara getdiyini biləcəksiniz:

Sumqayıtda "Şahənə" şadlıq sarayı, Novxanıda dəniz kənarında "Kalyon" restoranı, Yeni Bulvar ərazisində “Dəniz”restoranı, Sumqayıtın girişində “OS- OİL”, Sumqayıtda "İST" petrol (50% onundur), Sumqayıtda "Səda Store", 13-cü mikrorayonda "Qold Qayalı" super ticarət şəbəkəsi (50% şərik), Sumqayıt bulvarına bitişik yaşayış massivi, Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, suşi və balıq restoranı, Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı, Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı Fərəcova aiddir.

Amma qızının idarə etdiyi "UVENTA" gözəllik salonu, eyni adlı estetik mərkəzi, "Zəfəran" restoranı da ailənindir.

Həmçinin, Qurd dərəsi və Novxanı bağlarında 6 villası, Corat kəndində 1 villası, İzmirin Kuşadasında villası, Sumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzil, Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil, Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa, Novxanıda hektarlarla bağ sahəsi var.

Fərəcov həm də tikinti maqnatıdır. Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur. Habelə, “Əsnayə MMC“ şirkəti kürəkəni Əkrəmindir. “LC-2008 MMC“ şirkəti kürəkəni Müşviqindir.

“RAMİL-2000“ Fərdi Firması kürəkəni Müşviqindir. “Ruslan-S” tikinti şirkəti qardaşı oğlunundur. Əslində, İradə Gülməmmədovaya məxsus biznesin 90%-i Zakir Fərəcova da məxsusdur.

Fərəcovların gücü özünü eyni zamanda vəzifələrdə göstərir. Qardaşı keçmiş millət vəkili Nazim Fərəcov, oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcovdur, bacısı oğlu Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcovdur, bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məhəmməd Həsənovdur.

Bacısı oğlu Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn Həsənov,  qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı, kürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə eks nümayəndəsi Cəmil Quliyevdir.

Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq Quliyev, qardaşının qudası “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov, Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov isə biznesmendir.

"NORF" adlı içkilər buraxır, Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.

Zakir Fərəcovun daşınmaz əmlakı, ticarət şəbəkələri, restoran, şadlıq sarayları, özünə və övladlarına aid villalar, gizli şirə istehsalı müəsisələri, torpaq sahələri, mağazalar şəbəkəsi milyonlarla manata ölçülür.

Bu arada “Sumqayıt Nəqliyyat” MMC-nin yoxa çıxan rəhbəri Sumqayıtın icra başçısı Zakir Fərəcovun qohumu imiş. Bəzi məlumatlarda Xannı Rüstəmovun Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilir.

İnternet resurslarında “Sumqayıt Nəqliyyat” MMC ilə bağlı tirajlanan məlumatlarda da Xannı Rüstəmov icra başçısının yeznəsi kimi təqdim edilir.

Sumqayıt Nəqliyyat MMC-nin yaradılması Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin olunmasından sonraya təsadüf edir. Zakir Fərəcov 2015-ci ilin sentyabrında Sumqayıta icra başçısı təyin edilib. Oktyabr ayında isə “Sumqayıt Nəqliyyat” MMC yaradılıb və Xannı Rüstəmov qurumun rəhbərliyinə gətirilib.

Xannı Rüstəmovun adı bir sıra qalmaqallarda hallanır. Bir müddət əvvəl o, Qarabağ qazilərinə problem yaratmaqda ittiham olunurdu.

Bildirilirdi ki, o, qazilərin nəzarətində olan marşrut xəttini ələ keçirib. Qazilər olayla bağlı prezidentə müraciətlərində yazırdılar.

Onun ölkədən qaçdığı barədə məlumat yayılıb. Həmin xəbərdə deyilir ki, Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur.

Onun çalışdığı MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xəttlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb.
Azərbaycanda rayonların ayrı-ayrı yüksək rütbəli məmurlar arasında bölüşdürüldüyü heç kimə sirr deyil. Hansı nazir, komitə sədri və ya başqa yüksək rütbəli məmur, hansı rayona nəzarət edirsə, onun qohum-əqrəbası da oranın, necə deyərlər, sahibinə çevrilir. Çapıb-talayırlar, əhalini soymaqla, rayonu talamaqla yetinməyib, insanların şərəfini, qururunu belə əzməkdən çəkinmirlər. Misal üçün, bir neçə il əvvəl belə nazirlərdən birinin yaxını rayonlardan birində içib kefləndikdən sonra “bu rayonda kişi yoxdur” demiş, bundan xəbər tutan rayonun “bərkgedənləri” onu (tanıyanlar həmin şəxsə “Dördbarmaq” da deyirlər – red.) soyuq suda “çimizdirdikdən” sonra, rayondan qovulmasına nail olmuşdular. Yaxud İsmayıllı hadisələrini xatırlayaq. Bir rayonu ayağa qaldıran da elə nazirin yaxın adamının artıq-əskik hərəkətləri olmamışdımı?

P.S.Bu il məmur bürokratiyası, məmur biznesi sahəsində neqativlər sahəsində mübarizə davam etdiriləcək”.
Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

0.078426837921143