Ağcabədidə 4 qumarbaz saxlanıldı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində yerləşən kafelərin birində qumar oyunlarında iştirak edən 4 nəfər müəyyən edilib.

Bu barədə BakuPress.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumatda bildirilib.

Bundan başqa keçirilmiş digər bir tədbirlə özünə məxsus marketdə pirotexniki məmulatlar satan şəxs də müəyyən edilib. Həmin şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

0.053605079650879