Fərəcovla iş adamları arasında qalmaqal: Başçı 4 milyonu niyə vermir?

Sumqayıtın icra başçısı Zakir Fərəcovun sahibkarlara 4 milyon manat borcu var. İş adamları 6 ildir pullarını ala bilmir. BakuPress.Az xəbər verir ki, həmin iş adamları bununla bağlı ölkə başçısına müraciət ünvanlayıblar.

Onlar bildirir ki, borc qalmaqalı hələ 6 il bundan öncə başlayıb. Belə ki, Sumqayıt Dənizkənarı Bulvarın yenidən qurulması və abadlaşdırılması üçün Zakir Fərəcovdan sifariş alıblar. Həmin sifarişə əsasən bulvarı başdan, ayağa yenidən qurduqdan sonra, onun abadlaşdırılmasını həyata keçirməliymişlər. Bunun müqabilində isə smetada nəzərdə tutulan pul ödəniləcəkmiş.

Lakin Zakir Fərəcov işlər başladıqdan sonra tikinti üçün ayrılmış pulların bir qisimi ödəsə də, yerdə qalanını da hissə-hissə verəcəyini, işlər yekunlaşdıqdan sonra isə tamamını ödəyəcəyinə söz verib. Ancaq 2016-cı ilin sentyabr ayında işlər tam başa çatsa da, həmin pulun böyük bir hissəsini, 4 milyon manatını hələ də ala bilmirlər.

Şikayətçilər bildirirlər ki, ümumi sahəsi 105 hektar olan Sumqayıt Bulvarının inşasına 2016-cı ilin martında başlayıblar. İlkin mərhələdə 624 nəfər canlı qüvvə, onlarla texnika cəlb olunub. Deyilən vaxtda isə işlər tam təhvil verilib. “Etibar ləyaqətin ölçüsüdür. Zakir Fərəcov isə bu etibardan sui-istifadə edərək illərdir bizi süründürür, incidir, hədələyir, təhqir edir, qorxudur, yalan vədlərlə başımızı qatır. Biz iş adamı olaraq onu sözündə, əməlində ciddi vəzifə məmuru olaraq qəbul etmişdik. Zakir Fərəcovun yalan vədlərinə inandıq, təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar lazım olan tikinti materiallarını tanıdığımız, bizə etibarı olan iş adamlarından götürdük. Aramızda olan inam böyüklüyünə söykənərək onların dəstəyi ilə tapşırılan işləri, verdiyimiz sözü yüksək səviyyədə yerinə yetirdik”.İş adamları bildirir ki, görüşlərin birində Zakir Fərəcov qeyd edib ki, ona yuxarıdan 6000000 manat dəyərində bir uşaq bağçası və bir məktəb binası tikdirməsi tapşırığı verilib. Onların tikilməsi üçün vəsait tapa bilmir. “Fərəcov bunu əsas gətirib, bizə borcunu ödəmək imkanının olmadığını dedi. Əldə etdiyimiz faktlara əsasən onu da qeyd etmək istərdik ki, Zakir Fərəcovun borcunu ödəməsi üçün vəsaitin olmaması ağ yalandır. Sumqayıtın 18-ci məhəlləsi adlanan yerində, Sumqayıtlılar tərəfindən “MER-in liftli villaları” adlanan ərazidə olan bir villanın satılması bizim kimi haqqı verilməyən iş adamlarının haqqını ödəməyə yetər. Hətta, başçının Sumqayıt stansiyasında şəxsi ferma kompleksini hansı vəsaitlərlə tikdirməsini onun özünə sormaq gərəkdir. Hələ bu faktlar bilinənlərin, görünənlərin içində bir faizdir. Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən “Uventa” estetik mərkəzi Zakir Fərəcovun qızına hədiyyəsidir.

Üç mərtəbədən və böyük ərazidən ibarət olan bu kompleksinin çox acı tarixçəsi var. Bu estetik kompleks mikrorayon sakinlərinin öz vəsaitləri hesabına ərsəyə gətirdikləri 27 illik 40-a yaxın iydə ağacının kəsilərək, (soyqırımı), may ayında çiçəkləri üstündə olan iydələri buldozerlərin qabağına qoyaraq məhv etməsi heç kəsin yadından çıxamayıb. Onda da bu ədalətsizliyə qarşı çıxan 180 sakini Zakir Fərəcovun qoçuları hədə-qorxu ilə susdurmuşdular”.

Onlar yazır ki,Zakir Fərəcovun borclu olduğu pullar yüzlərlə fəhlənin alın tərininin, ağır zəhmətinin, iş adamlarının min bir əziyyətlə əldə etdiyi və satdığı tikinti materiallarının puludur. “Bunun hər birində hər kəsin ahı-naləsi dayanır. Bu pulları mənimsəmək olmaz. Allahın bir adı ədalətdir. İlahi ədalətin məhkəməsindən, məşhərindən heç kəs qurtara, qurtula bilməyib. Zakir Fərəcov bizi aldatsa da İlahi ədaləti aldada bilməz. Cənab Prezident, Sizdən xahiş edirik ki, bu ədalətsizliyə son qoyasınız. Əziyyətimiz hesabına qazandığımız haqqımızın geri qaytarılmasında bizə yardımçı olasınız”.

 

Mənbə:JAMAZ.İNFO

0.097280025482178