Argentinalı futbolçu Lionel Messinin Qətərdə dünya çempionatının kuboku ilə çəkilmiş şəkli “Instagram”da 45 milyona yaxın bəyənmə toplayıb ki, bu da idmançılar arasında rekord sayılır.
“Dünya çempionları! Bunu o qədər arzulayırdım, o qədər istəyirdim ki, hələ də inana bilmirəm. Ailəmə, məni dəstəkləyən hər kəsə, eləcə də bizə inanan hər kəsə çox təşəkkür edirəm”, - Messi sosial şəbəkədə yazıb.
Xatırladaq ki, Argentina Qətərdə keçirilən dünya çempionatının finalında Fransanı məğlub edib. Matçın əsas vaxtı 2:2, əlavə vaxt 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında argentinalılar 4:2 hesabı ilə qalib gəlib. Messi finalda iki qol vuraraq turnirin ən yaxşı oyunçusu seçilib.