Məktəblərdə işləyən müəllimlər bu işin öhdəsindən gələ bilmir:- SƏRT TƏNQİD

ibtidai sinif müəllimləri oldular".

 

Dünən Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev hazırda öz fənnini bilməyən müəllimlərin 60 min uşağa dərs dediyini bildirdi. Nazir həmçinin, bu rəqəmin ibtidai siniflərdə təhsil alan şagirdlərin 10-15%-i olduğunu qeyd edib.

 

Mövzu ilə bağlı ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov fikirlərini AzEdu.az-la bölüşüb:

 

"İbtidai sinif müəllimlərin sayı digər ixtisas sahiblərinə nisbətən çoxdur. Ola bilər ki, hətta onların yaşları da digər fənn müəllimlərinə nisbətən çoxdur. Bildiyiniz kimi, ölkədə 2008-cı Azərbaycanda kurikulum islahatları keçirildi və dərslər bu metodla keçirilməyə başladı. Yeni məzmun standartları əsaslı müəllim hazırlığına da 2008-ci ildən başlanıldı. O vaxtdan etibarən, namizədlər MİQ-dən keçərək respublikanın məktəblərdə müəllim kimi fəaliyyət göstərirlər.

 

Nazir özü də dünən vurğuladı ki, MİQ müsaqibəsindən keçən müəllimlər arasında bir neçə nəfərdən başqa hamısı yüksək bal toplayıb. Onlar isə həyəcan və s səbəblərdən aşağı bal toplayıb".

 

Amma fikir versək görərik ki, bugün ümumitəhsil müəssisələrində çalışan bəzi müəllimlər tələbatı ödəyə bilmir. Bu zaman ortaya belə bir sual çıxır?- Bəs bunun səbəbi nədir?

 

“Səbəb 1990-cı illərin əvvələrində məktəblərimizdə baş verən hadisələrdir. Doxsanıncı illərdə məktəblərimiz boşaldı. Bacarıqlı, savadlı müəllimlər ictimai təhsil vəziyyətinə, həmçinin, əməkhaqqılarının az olmasına görə təhsil ocaqlarından uzaqlaşdılar. Onların yerini zamanla o qədər də səriştəli olmayan kollec bitirənlər əvəz etdi. Bilirsiniz ki, o dövrdə ölkədə yeni kolleclər açılmışdı o kolleclərdə təhsil alanlar müəllim kimi fəaliyyət göstərməyə başladılar. Bundan əlavə özəl məktəblər var idi ki,- hansı ki bugün onların heç adları belə yoxdur - oranı bitirənlər müəllim kimi işləməyə başladı.

 

Pedoqoqun fikrincə qeyri-ixtisas fənnini bitirib, məktəblərdə işləyən müəllimlər bu işin öhdəsindən gələ bilmir:

 

"Ali təhsilini üzümçülük, texnoloq, mühəndis kimi qeyri ixtisas peşələri üzrə almış şəxslər altı aylıq kursdan keçib ibtidai sinif müəllimləri oldular. Bir sözlə, onlar məktəblərə “doluşdular”.

 

Problem isə ondan qaynaqlanır ki, həmin şəxslər bu işin öhdəsindən gələ bilmədilər və bu gün də gələ bilmirlər. Sertifikasiyanında əhəmiyyəti odur ki, bu müəllimlər yavaş- yavaş təmizlənsin və şəffaflıq yaransın.

 

Son dövrdə isə bu sahədə ciddi nailiyyətlər var. MİQ müsaqibəsinin nəticələri bir daha bunu sübut edir”.

0.055377006530762