Britaniyada streptokok infeksiyasından ölən uşaqların sayı 19-a çatıb

Böyük Britaniyada A qrupu streptokok infeksiyasına yoluxduqdan sonra ölən uşaqların sayı 19-a çatıb.

Bu barədə Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) cümə axşamı məlumat yayıb.

 

“Sentyabrın 12-dən dekabrın 11-dək 7750 skarlatina xəstəliyi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2017-2018-ci il mövsümündə ilin eyni dövründə 2538 oxşar hal baş verib”,- məlumatda bildirilib.

Bildirilib ki, hazırda yoluxanların ümumi sayı təxminən 31 min nəfər olub.

Qeyd edək ki, infeksiyanın ilk əlamətləri boğaz ağrısı, qızdırma və əzələ ağrısıdır. Buna görə də xəstəliyi soyuqdəymə ilə qarışdırmaq asandır. Həkimlər uşaqların vəziyyətini izləməyi tövsiyə edir və ilk simptomlarda peşəkarlara müraciət etməyi tövsiyə edirlər.

Mənbə: TASS

0.040925979614258