Bakı-Quba yolunda dəhşətli qəza: Ölənlərin sayı artdı - YENİLƏNİB + FOTO

Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan TIR sürücüsü Atayev Elçin Arif oğlu xəstəxanada ölüb.

Bu barədə BakuPress.Az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

11:11

Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan sürücü Atayev Elçin Arif oğlu xəstəxanaya yerləşdirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən BakuPress.Az-a bildirilib ki, Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib:

“1992-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili Tibbi Yardım Bölməsində davam etdirilir. Vəziyyəti orta ağırdır”.

10:40

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” markalı avtomobillə TIR toqquşub. Hadisə zamanı “Mercedes Vito”da altı nəfər ölüb, TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, xilasetmə tədbirləri görülür.

 

0.03895092010498