ŞƏRƏFLİ HƏKİM ÖMRÜ: FİRDOVSİ ABASOV—  67

Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə  isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində  ləyaqətlə  duran, onların qayğısına qalan həkimlərin  xətrini el-oba əziz tutulmuşdur.  Hətta  el arasında müdrüik  adamları loğmanla müqayisə edirlər.

      Həkim adını daşımaq nə qədər məsuliyyətli   olsa da bir o qədər də şərəflidir. Xalqının səhhətini qorumaq,  hər kəsin öz sağlamlığını və həyatın   etibar edəcəkləri qədər inamını   qazanmaq  hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək,xarakteri ilə səhhətlərində yaranmış   problemlərini unutduraraq  həkimlərin peşə vəzifələrinin ən ümdə  məqamlarından biridir.

Məsələ ağ xalat geyinib, həkimlik diplomunu gəzdirməkdə deyil, söhbət ondadır ki, bu şərəfli peşəyə layiq olasan və həkimlik sənətinin müqəddəsliyini qoruyasan. Müalicə etdiyin hər kəsin həyatına, sağlamlığına cavabdehliyini dərk edəsən, yüksək savad nümayiş etdirəsənMüdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. 

Bu gün tam məsuliyyət və qürurla deyə biləcəyim , sözün əsl mənasında loğman olan, eyni zamanda gözəl insan, nümunəvi ailə başçısı,fədakar ata,sevimli baba,qayığıkeş baba olan əməkdar həkim Abasov Firdovsi Qayıtmaz oğlu haqqında danışacam.

 

 Həmişə müqəddəs peşəsinə layıq, yüksək iş qabiliyyətləri ilə fərqlənən, fədakarlığı ,qəhramanlığı ilə vətəndaşlığın əsas meyarı hesab edən,  cəfakeş həkimlərmizdən  biri olan Abasov Firdovsi Qayıtmaz oğlunun  26 noyabr 67 yaşı tamam olur.Firdovsi həkim 1955-ci il,26 noyabr vətənimizin dilbər guşələrindən birində Yardımlı rayonunda müəllim ailəsində dünyaya göz açıb.Onların ailəsi çoxuşaqlı, böyük bir ailə olub.Müəllim əməyi ,halal zəhmətlə böyüyən bu uşaqların hər biri savadı,tərbiyəsi,əxlaqı ilə el obalarında,yaşadıqları hər yerdə hörmət qazanıblar.Bəlkədə çoxuşaqlı ailədə böyüməyi Firdovsi həkimin gələcəkdə peşəkar pediatr olmağına,uşaq psixologiyasını bilməyində böyük rolu oldu.

 N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsinə bitirdikdən sonra doğma yurdu Yardımlı rayonunda ilk həkimlik fəaliyyətinə başlamış,86-cı ildən isə ömrünü Sumqayıt şəhərinə bağlamış,36 ildir Sumqayıt Uşaq Xəstəxanasında həkim-reanimatoloq kimi bu şəhərin körpələrinin sağlamlığının keşiyində dayanır.Bu illər ərzində çalışdığı xəstəxanda 28

 il şöbə müdiri vəzifəsində olmuş,2016- cı ildə şəhərin sosial -iqtisadi inkişafında göstərdiyi xidmətə görə cənab prezidentimizin sərəncamı ilə "əməkdar həkim "adına layiq görülmüşdür.65 yaşı tamam olduqda ,təqaüd yaşı ilə əlaqəli vəzifəsindən getsədə,qanunamüvafiq olaraq əməkdar həkim kimi həmin xəstəxananın reanimasiya şöbəsində həkim kimi xalqının xidmətindədir.

 

 

Yaxşı həkim və yaxşı insan olmaq hər adama nəsib olmur.Apardığım araşdırmalardan bir daha mənə məlum oldu ki,Firdovsi həkim insan kimi çox mərhəmətli,vətənpərvər,xalqına,ailəsinə sadiq bir insandır.2 övlad atası olan Firdovsi həkimin nümunəvi ailəsi var.İki tərbiyəli ,ali təhsilli cəmiyyət üçün yararlı övladlar böyüdüb.Onların hər ikisi öz peşələrinə uyğun işlərində vicdanla çalışırlar.4 nəvə sahibi olan həkimimizin inanırıq ki,nəvələridə gələcəkdə bu dövlətin sağlam,savadlı gələcəyi kimi yetişir.Firdovsi həkim çox yaxşı babadır.Buna şübəhimiz ola bilməzdi,axı çoxuşaqlı ailədə bir -birinə sevgi ilə böyüyən ,ömrünü uşaq sağlamlığına həsr etmiş bir insan başqa cür ola bilməz!

Nəvələrindən biri Firdovsi həkimin adını daşıyır,Həkimimizin ən böyük arzusu nəvəsi balaca Firdovsinin gələcəkdə həkim olaraq onun sənətini davam etdirməsidir.Allah arzunuza çatdırsın!

 

 

 Ümumiyyətlə insan özünü əməli və şəxsi ləyaqəti ilə təsdiqləyir. Belə adamlar gözəllik qanunları ilə qurub-yaratmağı sevir, həyat həqiqətinə olan güclü inamı, nəcibliyi, mənəvi zənginliyi, saflığı ilə seçilirlər. Xeyirxahlıq, qayğıkeşlik, seçdiyi həkimlik peşəsinin, xüsusən uşaq həkimi sənətinin müqəddəsliyini qorumaq, nüfuzunu saxlamaq bu cür adamlar üçün ali məqsədə çevrilir. Bu şərəfli amalı gerçəkləşdirmək o qədər də asan deyil və həm də hər kəsə qismət olmur. Haqqında söz açdığım həkim ağsaqqalımız, bir çox insani keyfiyyətləri özündə cəmləşdirən, uzun həyat yolu keçmiş doktor Abasov. Nurani, xoşsifət, qayğıkeş, gözü-könlü tox, həyatda özünü çox ağayana aparan, özünə hörmət edən bir vətən övladıdır Firdovsi həkim! Bu gün Firdovsi həkimin anadan olmasının 67ili tamam olur.Yüksək insanı keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Firdovsi həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.

100 il sağlam və mənalı ömür yaşayın!

Ad gününüz mübarək!

 

ŞƏFƏQ AĞACAN

Qəlbi Tanrı istəyilə nurlanan,
Bir məlakə timsalıdı həkimlər!
Açar qapısını naümid qalan.
Neçə dərdin dərmanıdı həkimlər!

Çarpar bircə anda qəlbi yüz yerə,
Görsə ki, əlacsız qalıbdı xəstə...
Bəzən bir sözüylə bütöv bir ömrə,
Olum, ölüm fərmanıdı həkimlər!

Gəlişiylə qəlbə ümid gətirən,
Ağrıları pərən salar, itirən,
İstəkləri bir-birinə yetirən,
Şirin arzu karvanıdı həkimlər!

Acı dərman bala dönər əlində,
Adi söz də çiçəkləyər dilində,
Hörməti var Azərbaycan elində,
Hər bir evin doğmasıdı həkimlər!

 

0.1076340675354