Qalibiyyət öz əlimizdədir... - Fuad Biləsuvarlı yazır

Əsl insan odur ki, dəyərini verdikcə dəyişmir. Necə ki,! qızıl heç vaxt dəyərini itirmir. İnsan bax, o cür olmalıdır. Təbii ki, söhbət əsl insanlardan gedir. Amma insanların bir bu qədər bir-birlərinə qarşı bu qədər aqressiv davranması məni çox narahat edir. Çox heyif ki, bir-birimizi istəmirik, bir-birimizin uğurlarını görməyə gözlərimiz yoxdur. Niyə bir'-birimizə belə paxıllıq edirik? Nədən millətimizin istedadlılarını qəbul etmirik? Nədir buna səbəb? Əzizlərim, müsəlman bacı, qardaşlarım Bakı şəhərində, digər regionlarda  yaşadığı yerlərdə heç kəs heç kəsin yerini dar eləmir. Hərənin öz şansı,  bəxt, ruzusu var ki, onu da Allah yetirir. Hətta kor yapalağın da ruzusunu Allah yetirir. Ağacın içində olan qurdun da, cücünün də ruzusun Allah yetirir. Bu  dünyaya gəlməmişik ki, kiminsə işlərinə əngəl yaradaq, kiminsə pis günlərinə sevinək. Allah bizi yaradıb ki, yaxşılıqlarımızla yadda qalaq. Elə ən sevimli bəndənin özü də Allahın buyurduqlarına əməl edənlərdi. Həyatımızda  işlərimizi elə görməliyik ki, uğursuzluq bizləri ağuşuna almamalıdır. İnsan oğlu istəsə qanqallığın içində bir gülüstan yaradar. Yetər, ki, sən bunu ürəkdən istə, sən buna nail olacağına inan. Həyatda ən böyük xəstəlik, bəlanın özü də özünə inamsızlıqdı. İnamla irəli getmək lazımdır. İnamla özünə güvənmək vacibdir. Yəni mən bu işi bacaracam. Mən istədiyim zirvələrdə olacam. O, ürəkdə məqsəd, arzu olmadısa o, insan elə bil gərəksiz əşya kimidir. Ona görə insan daim vuruşmalıdır. Məqsədləri uğurunda, arzuları uğurunda mübarizə aparmalıdır. Əgər mübarizə aparacaqsansa qalib olacaqsan. Düzdür, arzuların naminə, məqsədin naminə yola çıxıbsansa o, yolda büdrəmələr, yıxılmalar da olacaq, ayağına daşlar da dəyəcək, enişlər də, yoxuşlar da görəcəksən. Amma dözəcəksən. Axı, arzuların naminə yola çıxmısan. Necə deyərlər, çaba göstərməlisən. Asan iş yoxdur. Ümumiyyətlə işin asanı yoxdur. Hər bir işin özünəməxsus çətinliyi var. Həmişə çətinliyin gözünə dik baxsaq onda işlərimiz rəvan gedər. O zaman çətinliyə qalib gəlmiş olarıq. Qalibiyyət öz əlimizdədir. İstəkli oxucum amma onu da yadında saxla ki, sükanı əldə saxlamaq da heç asan məsələ deyil. Ona görə də elə etməliyik sükan əlimizdən çıxmasın. Əks təqdirdə həyatda bir çox qəzalarla qarşılaşmış olacağıq. Onsuz da həyat sürprizlərlə doludur. Həyat həmişə bizi sevindirə bilməz.  Xeyirlə şər olduğu kimi, yaxşıyla, yaman da var. Həyatda tək yaxşı günlərimiz yox. Pis günlərimiz də çox olur. Sevincimizə necə seviniriksə, kədərlənəndə də hisslərimizə hakim kəsilməliyik ki, dərd bizi əyməsin, ürəyimizi üzməsin. Əsl qəhrəmanlığımız odur ki, Allahın verdiyi çətin sınaqlardan çıxmağı bacarasan. Gəlin görək bunu hər bir kəs bacarırmı? Nə yazıq ki, yox. Elə intiharın özü də, vaxtsız ölümlərin çoxu da nədən əmələ gəlir? Əlbəttə ki, iradəsizlikdən, dözümsüzlükdən. Sual verə bilərsiniz ki, bəs, yaxşı necə edə bilərik ki, biz çətinlik zamanı depressiyaya düşməyək? Cavabı budur ki, yalnız çoxlu dualar edib, namaz qılıb, namaz zamanı Allahdan kömək istə, Allaha sığın. Tanrı onu sevən bəndələrini, ona tərəf gələn bəndələrini çox

sevir. Yoxu var edən, varı yox edən Allah heç nədən möcüzələr göstərib sənin çətinliklərini elə yox edər ki, sən özün də çaş-baş qalarsan. Odur ki, nə qədər gec deyil Allah yoluna qayıdın. Allah hamımızın imanını, dinini kamil eləsin. Amin, inşallah.

 

Fuad BİLƏSUVARLI

 

AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı, Cəsarətli qələm mükafatçısı

0.061482906341553