Allahsız, dinsiz, imansız Sovet imperiyası yaşadı. 70 ildən sonra bir qoz, məhv oldu getdi.
İndi 43 ildi Allahsız, dinsiz, imansız İran fars imperiyası yaşayırdı. Əlbəttə, İran xalqına Allahsız, dinsiz, imansız demək olmaz. Xalqın Allahı da var, dini də, imanı da. Amma İranda hakimiyyəti ələ keçirənlərin nə Allahı var, nə dini, nə imanı.
Əgər Allahları, dinləri, imanları olsaydı özlərinin allahları, dini və imanı bir olan Azərbaycanı dəstəkləyərdilər, Allahsız, dinsiz, imansız erməniləri yox.
Deyəsən, İran fars rejiminin Allahsızlıqları da Allahı təngə gətirdi. 43 ildən sonra İran çat verib.
Düzdür, nə ABŞ, nə də Avropa dövlətləri İranın parçalanmasını istəməz. Çünki İran parçalansa daha bir 35-40 milyonluq hər cür sərvətə malik Türk dövləti yaranar ki, bu da nə ABŞ-a, nə də Avropa dövlətlərinə sərf edir. Sadəcə olaraq, İranı cəzalandırmaq istəyirlər.
Yəni mən İran fars rejiminin Sovet rus rejimi kimi 70 il yaşayacağına inanmıram. Yəqin sizlər də inanmırsınız. Sovet rejiminin nə qədər şərəfsizlikləri olsa da müəyyən müsbət cəhətləri də vardı ki, o, İranda yoxdur.
Məhəmməd peyğəmbər buyurur ki, ya Əli, Cənnət anaların ayaqları altındadı. İran rejimi də elə bilir ki, qadınları ayaq altına atmaqla Cənnət yaradacaqlar, amma cəhənnəm yaradıblar.
Səməd Vurğun yazır ki, qullar dünyasının üsyanı yaman olur. İndi İranda bu üsyanı qadınlar başladıb, qadınların üsyanı qulların üsyanından da yaman olur.
ABŞ-ın və Avropa dövlətlərinin köməyi ilə İran üsyanı yatırdacaq, müvəqqəti. Amma sonu İran üçün faciəyə çevriləcək.
Özlərini şiə adlandıran İran şiə Azərbaycanı verdilər Ermənistanın ayağına, yəni Yezidin ayağına. Sən necə şiəsən ki, şiələri Yezidin ayağına verdin və verirsən?
Şəhadəti İmam Hüseyndən öyrənib Allah yolunda, Vətən yolunda, Din yolunda şəhadətə ucalanları verirsən Yezidin, Şümürün ayağına.
Öz işindi istəyirsən Qafanda konsulluq aç, istəyirsən Gorusda, istəyirsən lap Mehridə, uduzmusan. Ermənilər kimi! Batırsan, tutmağa saman çöpun də yoxdur.
Sabir necə deyir:
Ağladıqca kişi qeyrətsiz olur,
Necə ki ağladı İran oldu!