Bu kişilərin xidməti -Bacarıq, səriştə zəhmət və təcrübə...

 

Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, çox az hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır, elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır? Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır.

Müstəqil media orqanı olaraq ,2017-ci ildə prezident seçkiləri ilə bağlı,bölgələrdə 54 rayon üzrə BakuPress öz büdcə hesabına min bir əzabla sosial sorğu keçirdi.Məqsədim müstəqil bir araşdlrmaçı jurnalist kimi, xalqın fikrini öyrənmək idi.Könüllü heç bir təzyiq olmadan ölkə üzrə 84%vətəndaş İlham Əliyevi prezident görmək istədi.Amma yerlərdə təyin olunan icra başçılarının "ağalığından"kifayət qədər narazılıq var idi.

Bəzi həbslər oldu,günü bu gündə var.Vəzifədən su istifadə olunmaqda,rüşvət və dövlət büdcəsini talamaqda təqsirləndirilən bir çox adamlar həbs olundu.

Rayonların içində başçı sarıdan bəxti gətirməyən bəlkədə ən birinci rayon Masallıdır.Bu yazıq rayona rəhbər gələn bura ancaq şəxsi gəlir yeri,yağlı əppək kimi görürlər.Masallının mətbəxinin dadan bu naxələf məmurlar ,acgözlüklə rayon sakinlərinin haqqını yeyib ancaq ciblərin,obyektlərini düşündülər.Hər zamanda rayonun rəhbər vəzifə sahibləri,işdən sonra yiğişib bir yeyib içdilər.Birinin şəninə sağlıq dedilər,kənarda "hərə bir birinə torba tikdi"gözümlə gördüyüm üçün deyirəm.İllərdir rayonda nə bir yenilik,nədə vətəndaşlara gün ağlayan oldu.Kasıbçılıqdan əziyyət çəkən sakinlərə şərait yaradan,yetim yesirə kömək edən sahibkarlara isə sifarişlə əngəl oldular.5 manatlıq "Mirzə Qərənfillər"in əli ilə gah şər atır,gahda qəsdən Əlini Vəlinin papağına qoyaraq,İki qohumu zəif,kasıb haqqın tələb edəni,qolu güclü,sələm hesabına cibi dolu olan ,haqsıza döydürüb şikəst elətdirdilər.Hələ bir -iki 3 manatlıq yalatağı başına toplayıb guya Şahin Məmmədovu "göz yaşları "ilə yola salma şousu yaratdılar.Vallah bu nə biabrçılıqdır bilmədim.Bir onu bilirəm ki,həmin video çox gülməli və iyrənc görünürdü. Yeni başçı görək bu rayona nə edəcək.

Son vaxtlar bəzi icra başçıları obraza girmək ,şou göstərmək ,bununla guya ölkə rəhbərinin gözünə girmək,sosial mediada paylaşılaraq xalqın sevgisini guya qazanmaq istəyirlər.Ən çoxda bu cür tamaşalar baş tacımız,dövlət,vətən,xalq yolunda can qurban edən şəhid dəfnlərində rast gəlinirdi.Bunlar anlamır ki,onlara baxan ağıllı adamlar var.Bədən dili deyilən bir anlam varda,sən nə etsə belə onlar səni satacaq.Amma həmin ərəfədə Zaqatalada şəhidin qarşılanması , nizam intizam və ehtiram ,icra başçısı Mübariz Əhmədzadənin üzündəki dərin kədər,iztirab,təcrübəli bir ağsaqqalın rayonun gənc şəhidinə ürək yanğısı və ehtiramı uzaqdan bəlli idi.Yenə deyirəm biz sözlə aldada bilərik,amma bədənimizin dili daxili hisslərimiz vasitəsi ilə,davranış,üz ifadələri bizi ələ verir.Vallah Əhmədzadələrində haqqında "haqlı -haqsız "çox yazıblar.Mənim onlarla heç vaxt yaxın ünsiyyətim oımayıb.Amma gördüyümü yazmasam Allahsız olaram.2017 ci ildə hələ barmaqla sayılası 3 -4 rayonun içində Zaqatala və Qax rayon camaatında demək olar ki,yerli icra başçısından giley eşitmədik.Qaxın özündəki inkişaf ,küçələrin abad və təmizliyi bizi valeh etmişdi.Hətta deyərdim ki, Bakının mərkəz prospektlərində bu təmizliyi görməmişəm.Həmçinin Zaqatalanın inkişafı göz önündə idi.Bu rayonda ölkəmizin qafqazın etnik qruplarının ən çox cəmləşdiyi bir rayondur.Amma sakinlərin mehriban yaşayışı,davranış və mədəniyyəti ürək açan bir mənzərə idi.Amma yalan böhtan yazırlar Qax icra başçısı ,Əhmədzadələrin qohumudur,Əhməd Əhmədzadənin vəzifədə olan qohumları ,evi,obyekti mən nə bilim nə. Birincisi Əhməd Əhmədzadə araşdırdığıma görə vəzifəyə pillə -pillə qalxıb.Xidməti və əməyi dövlətə danılmazdır.Hər zamanda elinə obasına diqqətli olub.Hər bir insan ata yurduna ,el obasına imkanı daxilində dəstək olsa ,dövlət başçımıza ,dövlətimizə dəstəkdir.Elinə,kökünə dəyər verənlər,hər kəsə sədaqətli olurlar. 

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş.

 Mənim qardaşım ,yaxud əmimoğlu ,dayımoğlu vəzifədədirsə mən vəzifə sahibi ola bilmərəm?Bacarıqlı,təcrübəli,vicdanla xidmət edən,düzgün idarə edirsə niyə işləməsin?

 Nöqsansız iş olmur,ağız dolusu danışan bəziləri evdə ailəni idarə edə bilmirlər,amma...

Əhməd Əhmədzadə bütün dövürlərdə bacarığı,savadı,zəhmət və düzgün idarəetməsi ilə Uluöndərin diqqətini çəkib.Ən əsası düzgün kadrlardı,yetişmiş çünki doğulduqları bir elin adətini,ənənəsini ,xüsusiyyətiniə yaxşı bələd olurlar.Buranın sakinlərini kənardan idarə etmək çox çətin bir məsuliyyətdir.Ümumiyyətlə Əhməd Əhmədzadə mən deyərdim ki,bir məktəbdir, yetişdirdiyi kadrlar hər zaman ölkə başçımızın etimadını doğruldublar.

Bir sözlə,işıq gələn yollaraımızı 5 -10 manata görə, şər böhtana satmayın.Kişilərin bu yolda pillə- pillə əziyyəti və xidmətləri var.

Bir sözlə,bacarıq, səriştə anadangəlmə deyil, zəhmət və təcrübəylə qazanılır.

 

 

Cənab Prezidentimizin sözləri ilə desək:

Harda olmağımızdan, hansı vəzifəni daşımağımızdan asılı olmayaraq insan məsuliyyətinin önəmini dərk etməyi bir mənəvi öhdəlik kimi anlamalıyıq.

 

 

 

ŞƏFƏQ AĞACAN

0.043211936950684