Xankəndində dünən keçirilmiş genişmiqyaslı mitinqin təşəbbüskarı və planın müəllifi Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov olub.
Mitinqin sırf təşkilati işləri ilə Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyun, sabiq prezident Robert Köçəryanın tərəfdarları və Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın "Şərəfim var" siyasi hərəkatı məşğul olublar.
Maliyyələşmə ilə bağlı "problem"lərin həlli erməni əsilli rusiyalı milyarder, Xankəndindəki separatçı rejimin "dövlət naziri" təyin edilmiş Ruben Vardanyana həvalə olunmuşdu.
A.Volkov sülhməramlı kontingentin komandanı səlahiyyətlərini aşaraq ermənilərə deyib: "Əgər Ermənistan rəhbərliyi Rusiyanın təklif etdiyi sülh müqaviləsi variantından imtina edərsə, sülhməramlı missiya buraları tərk edəcək. Seçim sizindir".
Xankəndindəki mitinqdə təqribən 26 min nəfər iştirak edib. Separatçı rejim bütün inzibati resursu işə salarqa Ağdərə, Əsgəran, Xankəndi və Xocalıdan 8200 nəfəri toplaya bilib. Yerdə qalan "iştirak"çılarsa Ermənistandan avtobuslarla gətirilmişdi.
Avtobus karvanının Laçın dəhlizindən maneəsiz və yoxlamalarsız buraxılmasına şəxsən A.Volkov əmr vermişdi.