İranın anti-Azərbaycan "eksperti" yenə sərsəmlədi

İranlı siyasi təhlilçi Ehsan Movəhhediyan Azərbaycana qarşı düşmənçilik mövqeyini yenidən ortaya qoyaraq özünün Tvitter hesabında Ərdəbilli mollanı bu gün Azərbaycanla bağlı etdiyi çıxışına görə tənqid atəşinə tutub:

"Ərdəbilin cümə imamı İranın milli maraqlarına görə narahat olsun, Qarabağın və onun Əliyevə qaytarılmasının dərdini çəkməsin. İsrailin, Türkiyə və NATO-nun əsarətində olan Bakının İrana hansı xeyri dəyib ki, bu qədər qeydinə qalırsınız? Diplomatiya ilə, qoy mütəxəssislər məşğul olsun. İki il öncəki "Qarabağ İslam torpağıdır" bəyanatınızın xəsarətini aradan qaldırmaq mümkünsüzdür. Yeni zərbə vurmayın!".

Xatırladaq ki, Ərdəbil şəhərinin cümə imamı Həsən Ameli bugünkü çıxışında Azərbaycan haqqında müsbət açıqlama vermişdi. Amma görünür, bu, iki ölkə əlaqələrini maksimum gərginləşdirməkdə və zərbə vurmaqda maraqlı olan Ehsan Movəhhedian kimi paniranist analitiklərə sərf etmir.

 

Məqaləyə dair fotomateriallar:

  •  
0.074554920196533