“Həmin pulu Çingiz cibinə qoyurdu“ — Kəramətdən Xalq yazıçısına İTTİHAM

Jurnalist Çingiz Abdullayevə sual verir ki, qurultaya 203 min xərclənib. Pul nəyə gedib? Çingiz isə jurnalistə deyir ki, mən Xalq yazıçısıyam, utanmırsan mənə belə sual verirsən? 35 ildir AYB sədri olan bir adamı qoluna girib sürüyə-sürüyə qurultaya gətirir, təzədən sədr təyin edirlər, Çingiz buna görə utanmır?”

BakuPress.az
 xəbər verir ki,bunu yazıçı Kəramət Böyükçöl bildirib.

“Özünə “Xalq yazıçısı” deyən adam AYB-yə məxsus binanın alt mərtəbəsini ayda 8 min manata kirayə verir, "26-lar"adı altında bar kimi istifadə olunur, həmin pulu da şəxsən Çingiz öz cibinə qoyurdu. Mediada müqavilənin sənədləri də yayılmışdı, Çingiz buna görə utanmır? Utanması, xəcalət çəkməsi üçün Çingizə azı yüz fakt sayaram. Ən əsası, özünə “Xalq yazıçısı” deyən bir adam Azərbaycan dilində danışa bilmir, Çingiz buna görə də utanmır?” – K.Böyükçöl qeyd edib.

0.037866115570068