Videoda özünü güllələdiyini deyib: "Aptek Bəxtiyar"ın intiharın DETALLARI

 

Xəbər verdiyimiz kimi, Mingəçevirdə 1952-ci il təvəllüdlü sahibkar Bəxtiyar Səmədov intihar edib.

BakuPress.Az xəbər verir ki, “Qafqazinfo” sözügedən hadisə ilə bağlı bəzi təfərrüatları əldə edib.

Məlum olub ki, Mingəçevirdə “Aptek Bəxtiyar” kimi tanınan 70 yaşlı sahibkar, özünü Mingəçevir Şəhər Xəstəxanasında həkim işləyən ikinci həyat yoldaşı ilə yaşadığı evdə tüfənglə öldürüb.

 

O, yaralı halda xəstəxanaya aparılan zaman qonşusu tərəfindən videoya çəkilib. Bəxtiyar Səmədov həmin videoda özünü güllələdiyini bildirib.
Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada vəfat edib.

İntiharın baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

0.04151177406311